25 oktyabr 2011 17:19
Qurban Qurbanov: Komandam belə qollar buraxmamışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 1-ci turundan təxirə salınan və bu gün keçirilən “Neftçi” ilə oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:3 hesabıyla uduzduqları ilə görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”ni alqışlayıram. Onlar qələbəyə layiq idilər. Öz komandama gəlincə, biz son dövrlərdə belə asan qollar buraxmamışdıq. Bu səhvləri analiz edəcəyik ki, qarşıdakı “Bakı” ilə oyunda təkrarlamayaq”.
