25 oktyabr 2011 17:24
Böyükağa Hacıyev: Qurban Qurbanov olmasaydı...
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 1-ci turundan təxirə salınan və bu gün keçirilən “Qarabağ”la oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 3:2 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Biz rəqibi yaxşı analiz etmişdik. İki qol buraxandan sonra tam gücümüzü toparlamalı olduq. İlk yarıda vurulan qol bizə kömək etdi ki, fasilədən sonra daha iki dəfə fərqlənək. Əlbəttə, mən qələbəyə görə şadam. Amma Qurban Qurbanov olmasaydı, mən daha çox sevinərdim. O, mənə kiçik qardaş kimidi”.
