25 oktyabr 2011 18:26
Barselonalı seleçsiyaçılar Tovuzda
“Turan” Peşəkar Futbol Klubu ilə Barselona şəhərində yerləşən Xristo Stoiçkovun akademiyası arasında əldə olunmuş razılığa əsasən, akademiyanın texniki direktoru Antonio Sançes Munos və Loze Luis Villar Berenque oktyabrın 30-dan noyabrın 1-dək Tovuz rayonunda “Turan”ın uşaq futbol məktəbindəki 1996, 1997, 1998 və 1999-cu il təvəllüdlü uşaqlar arasında seleksiya işi apararaq 10 nəfər futbolçunun Xristo Stoiçkovun akademiyasında təlim keçmələri üçün seçim edəcəklər. Azerisport.az xəbər verir ki, qeyd olunan seleksiya prosesində iştirak etmək istəyən uşaqların valideynləri, idman məktəbləri və futbol klubları “Turan” PFK-ya müraciət edə bilər.
