25 oktyabr 2011 18:47

Vladislav Qədirov: İki oyunçu almağı düşünürük

Vladislav Qədirovun “Rəvan” klubuna baş məşqçi təyin olunmasından sonra komanda keçirdiyi dörd oyundan üçündə qalib gəlib, bir qarşılaşmada isə heç-heçə edib. Azerisport.az xəbər verir ki, ard-arda qazandığı qələbələr nəticəsində “Rəvan” turnir cədvəlində yeddinci pilləyə yüksələ bilib. “Rəvan”ın baş məşqçisi Vladislav Qədirovun müsahibəsində komandasının çıxışından və hədəflərindən danışıb.

- “Rəvan” ötən tur səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlində yeddinci pilləyə yüksəlib. Bu oyun haqqında nə deyə bilərsiniz?
- Bu oyundan əvvəl bəzi analizlər apardıq. AZAL-ın son turlarda keçirdiyi oyunları təhlil etdik. Bilirdik ki, çətin oyun olacaq. Çünki, onlara da xal lazım idi. İki komandadan hansı qələbə qazansa, o da irəliyə gedəcəkdi. Son dəqiqələrdə vurduğumuz qol sayəsində qələbə qazandıq.
 
- Komandada hansı futbolçunun oyunu sizi daha çox qane edir?
- Mən konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Əsas kollektiv oyun göstərməkdir. Düzdür, hər mövqenin öz lider futbolçusu var və onlar da qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilirlər. Müdafiə xəttində Miloş Zeçeviç, Ekrem Hodziç gözəl oyun nümayiş etdirirlər. Eyni zamanda, Tural Axundov da müdafiədə etibarlı oynayır. Miloş Zeçeviç və Ekrem Hodziç vurduqları qollarla komandanın qələbə qazanmasında vacib rol oynayırlar. Komandanın hücum xəttində isə Con Pelunun oyunu məni daha çox qane edir.
 
- “Rəvan” Premyer Liqada 13 qol vurub, eyni zamanda qapısından da 13 top buraxıb. Bu, komandanın müdafiə xəttində problemlərin olmasının göstəricisidir. Bu problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsız?
- Həqiqətən də, müdafiə xəttində müəyyən boşluqlar var. Bu da nəticədə öz mənfi təsirini göstərir. Qış fasiləsində mütləq bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq. Bununla da heyəti gücləndirməyi düşünürük. Çalışacağıq ki, müdafiəçi yerli futbolçu olsun. Ancaq ölkəmizdə güclü hücumçuların az olması, olanların da başqa komandalar ilə müqaviləsinin olması səbəbilə legioner hücumçu transfer etməyi planlaşdırırıq.
 
- Növbəti turda  daha bir güclü rəqib – “İnter”i qəbul edəcəksiniz. Bu oyun haqqında nə söyləyə bilərsiniz?
- Hər həftənin orta günləri komanda ilə bir araya gəlib həm ötən oyunu, həm də növbəti turdakı oyunu təhlil edirik. “İnter” ilə oyuna da ciddi hazırlaşırıq. “İnter”in oyununu izləmişik, güclü komandadır. Fikrimcə, gərgin oyun olacaq. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.