25 oktyabr 2011 11:33

Rauf Əliyev: Neftçini yenmək bizə xoş olacaq

“Qarabağ”ın hücumçusu Rauf Əliyev bu gün keçiriləcək Premyer Liqanın 1-ci turundan təxirə salınmış “Neftçi” ilə oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi” ilə oyundan nə gözləyirsiz?
- Bu komandalar arasındakı oyunlar həmişə gərgin keçib. Belə matçlarda sakitlik olmur. Məlum olduğu kimi, “Qarabağ” və “Neftçi” hazırda ölkənin ən güclü klublarından hesab olunur. Odu ki, hər iki komanda meydana ancaq qələbə üçün çıxacaq. Düşünmürəm ki, bu oyunda çox qol gözləməyə dəyər. Amma hər şey mümkündü. Hər halda hər iki komandanın hücum futbolu oynayacağı dəqiqdi.

- “Neftçi”nin son turda Gəncədə xal itirməsi bu oyuna təsir edə bilər?
- Bizim üçün əsas öz oyunumuzdu. “Neftçi”nin nəticələri bizi narahat etmir. Rəqibin formalaşmış heyəti var. Onlar artıq neçə ildi bir yerdə oynayırlar. Asanca toparlanıb, öz oyunlarını göstərə bilərlər. Heç kim deyə bilməz ki, “Qarabağ”a “Neftçi”ylə oyunda asan olacaq. Amma onları yenmək bizə xoş olacaq. Qələbə üçün hər şeyə hazırıq.

- “Qarabağ”ı bu oyunun favoriti saymaq olar?
- Belə oyunlarda favorit olmur. Biz xal itirmək istəmirik. Düşünürəm ki, rəqibin öz hücumlarını qurmasına mane olmalıyıq, onları mərkəzdə qarşılamalıyıq. “Neftçi”nin hücumçuları çox təhlükəlidilər. Hətta son oyunda fərqlənməsələr də, biz diqqətli olmalıyıq.

- Son zamanlar rəqibinizin əsas hücumçusu Bahodir Nasimov ümumiyyətlə, qol vurmağı unudub...
- Amma mənə elə gəlir ki, biz təhlükəni Bahodir Nasimovdan gözləməliyik. Bu oyunçu çox təhlükəlidi. İstənilən oyunda fərqlənə bilər.
 
- Lider “Xəzər Lənkəran”la aranızdakı fərq heç də az deyil...
- Son turda lənkəranlılar xal itirdilər. Bu, bir daha göstərdi ki, hələ heç kim ilk altılıqda özünə yeri təmin etməyib. Liderlik də çempionluq deyil. Biz hələ yenicə sürət yığırıq. Fikrimcə, birinci dövrənin sonunda biz daha yüksək mövqedə olacağıq. Əgər hər turda qələbə qazansaq, digər oyunların nəticələri bizim üçün ümumiyyətlə maraqsız olacaq.

- “Qarabağ”ın “Simurq”la son oyunu çox əsəbi alındı?
- “Simyrq” yaxşı komandadı. Mən onları autsayder saymıram. Ola bilsin ki, hələ oyunları alınmır. Amma evdə bu komanda həmişə yaxşı futbol sərgiləyir. Heç bir komanda onları səfərdə asanlıqla yenə bilməz.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.