25 oktyabr 2011 11:51
Türklər Quluzadənin çıxışına qiymət verdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, doğma meydanda “Giresunspor”la qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü bu dəfə də aşağı qiymət almasıyla diqqət mərkəzinə düşüb.
Türklər Amitin çıxışını 3 balla qiymətləndiriblər. Quluzadə ilə yanaşı Kayseri təmsilçisinin daha 1 üzvü – məhz həmyerlimizin əvəzlədiyi oyunçu da eyni qiymətə layiq görülüb. “Erciyesspor”un ən yaxşısı isə son dəqiqələrdə meydana girib qələbə qolunu vuran Posinkoviç olub - 7 bal. Maraq üçün onu da əlavə edək ki, bəzi mənbələrdə Amitin çıxışını 5 balla da qiymətləndiriblər.
Xatırladaq ki, Amit bu oyuna həmişəkindən fərqli start heyətində yox, 59-cu dəqiqədə çıxıb. Qarşılaşma isə 1:0 komandasının xeyrinə başa çatıb.
Kayseri Erciyesspor: Ferhat - 5, Fatih Kılıçkaya - 5, Cemil - 5, Serkan - 5 (86 Posinkoviç, 86) - 7, Emrah - 5 (Emrah, 90+1) – qiymətsiz, Kemal - 4, Metin - 3 (Amit Guluzade, 59) - 3, Davut - 5, Hassan Vassva - 5, Hanni - 5, Gökhan – 5.
