25 oktyabr 2011 16:48

Qarabağ Neftçiyə 2 qol vurub, məğlub oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınan bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, son ölkə çempionu “Neftçi” yeni mövsümdə belə bir uğur qazanmağı hədəfləyən “Qarabağ”la üz-üzə gəlib.

Qeyd edək ku, bu komandalar arasında qarşılaşmalar daim prinsipiallığıyla diqqət çəkib. Hələ ilk çempionatdan bəri bir-birinə əzəli rəqib olan tərəflərin mübarizəsi artıq çoxdan Azərbaycan derbisi adını qazanıb. Lakin bu dəfəki duel əzəli rəqabətiylə yanaşı, komandaların hazırkı durumu baxımından da mühüm əhəmiyyət daşıyırdı.
 
Belə ki, üçüncü pillədə qərarlaşan Ağdam təmsilçisi bu rəqibini yenməklə ikinciliyi ələ keçirə və liderlə arasındakı fərqi 3-ə endirə bilərdi. Paytaxt klubu isə eyni uğuru qazanmaqla həm bu rəqibini, həm də “İnter”i qabaqlayacaq, lider “Xəzər Lənkəran”ın əsas izləyicisi olacaqdı. Mümkün heç-heçə isə, sadəcə ağdamlıların “bankirlər”lə xallarını bərabərləşdirməsinə imkan yaradacaqdı.
 
Amma qarşılaşma məhz son çempionun qələbəsiylə bitib. Ağdamlılar iki erkən qol vurmasına rəğmən, sonda meydandan məğlub ayrılıblar.
 
Premyer Liqa
1-ci turun oyunu
25 oktyabr (çərşənbə axşamı)
 
Neftçi - Qarabağ - 3:2 (1:2)
Qollar: Ə.İsmayılov, 4 (0:1), Ə.İsmayılov, 24 (0:2), R.Abdullayev, 27 (1:2), A.Teli, 68-öz qapısına (2:2), Flavinyo, 73 (3:2)
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
Oyun başladı
1. İlk hücum qonaqlardan gəlsə də, qayda pozuntusu ilə başa çatdı
2. Qonaqların cərimə zərbəsindən fərqlənmək cəhdi faydasızdı
4. "Neftçi"nin təhükəli hücumu zamanı Rəşad Abdullayev Fərid Quliyevin ötürməsinin dəqiq zərbəylə tammlaya bilmir
4. Elvin Yunuszadənin müdafiədəki kobud səhvini Əfran bağışlamır və o, topu qapıçının başı üzərindən tora qovuşdurur - 0:1
10. Aqolli cərimə meydançası yaxınlığında R.Abdullayevi yıxır
11. Cərimə zərbəsi çox təhlükəli olsa da, meydan sahibləri qapı qarşısında yaranan qarışıqlıqdan yararlana bilmirlər
15. "Qarabağ" oyuna nəzarəti əlində saxlamağa və yeni hücumlar qurmağa çalışır
24. Əfran mərkəz yaxınlığında topu ələ keçirib sürətlə irəliləyir və qapının uzaq küncünü dəqiq nişan alır - 0:2
25. F.Quliyev az qala fərqlənəcəkdi. Onun yaxın məsafədən təlükəli zərbəsini son anda qapıçı kornerə çıxardı
27. Rəşad Abdullayev cərimə zərbəsindən möhtəşəm qola imza atır. Onun uzaq məsafədən zərbəsi zamanı Pavloviç yerindən tərpənə bilmir - 1:2
33. Müdafiəçi (!) Denis Silva qonaqların qapıçısı ilə üz-üzə qalsa da, son anda topu tora qovuşdurmağı bacarmır və müdafiəçilər təhlükəni sovuşdururlar
35. Roşa meydanın mərkəzində bakılıların bir neçə oyunçusunda gözəl sıyrılıb Əfrana doğru əla ötürmə etsə də, ünvanına çatmır
36. Arazın uzaqdan zərbəsi qapıçıda qalır
40. Qonaqların ardıcıl iki künc zərbəsindən fərqlənmək cəhdi faydasızdı
44. "Qarabağ" gözəl əks-hücum təşkil etsə də, bundan yararlana bilmir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
45+1. Admir Telinin asmasına Əfranın baş zərbəsi qapıdan azca aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Böyükağa Hacıyev ikinci hissədə Bahodir Nasimovla Cavid Hüseynovu döyüşə atır. Onlar müvafiq olaraq F.Quliyev və A.Abdullayevi əvəzləyib
47. Roşanın qüvvətli cərimə zərbəsini son anda qapıçı geri qaytarır
49. R.Abdullayev qonaqları əks-hücumda yaxalayıb, qapı qarşısına ideal ötürmə etsə də, Nasimov topa toxuna bilmir
51. Adamiyanın cərimə meydançası yaxınlığından zərbəsi dəqiq alınmır
52. Nasimov qapıçı ilə üz-üzə qalsa da, Pavloviç çox əla oynayaraq komandasını real qoldan xilas edir
53. Flavinyo rəqib meydanında yerdə qalsa da, hakim penalti təyin etmir və braziliyalının simulyasiyaya əl atdığını düşünür
60. Mitreski sarı vərəqə alır
65. Artıq "Neftçi" bütün qüvvəylə irəli atılıb və oyunu hücumda keçirir. Amma bu, ağdamlılara təhlükəli əks-hücumlar qurmğa imkan yaradır
66. Qonaqların heyətində Roşa yerini Qara Qarayevə verir
67. Qarayevin meydana çıxdıqdan sonrakı ilk işi qayda pozuntusu və sarı vərəqə almaq olur
68. Flavinyonun qapı qarşısına ötürməsini uzaqlaşdırmaq istəyən Teli avtoqol müəllifi olur. Halbuki, o, topa toxunmasaydı, qapıçı tutacaqdı - 2:2
73. Denis Silva-Nasimov-Flavinyo kombinasiyasını sonuncu qolla tamamlayır - 3:2
73. Vüqar Nadirov Adamiyanın əvəzində meydana daxil olur
81. R.Abdullayevi Cavid İmamverdiyev əvəzləyir
85. Əfranın əvəzində meydana Bəxtiyar Soltanov çıxır
89. Qarayevin kobud səhvini az qala Georgiyevski 4-cü qolla tamamlayacaqdı
89. Rauf Əliyev sarı vərəqə ilə cəzalanır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Medvedev sarı vərəqə alır
90+3. Nasimovun yaxin məsafədən zərbəsini qapıçı qaytarır
Matç başa çatdı
 
 
1
Xəzər Lənkəran
10
7
2
1
16-7
23
2
Neftçi
10
6
1
3
15-9
19
3
İnter
10
5
3
2
8-6
18
4
Qarabağ
10
5
2
3
13-9
17
5
Bakı
10
4
4
2
11-8
16
6
Qəbələ
10
4
3
3
12-11
15
7
Rəvan
10
3
4
3
13-13
13
8
Kəpəz
10
3
3
4
15-16
12
9
Turan
10
3
1
6
8-13
10
10
AZAL
10
2
4
4
11-14
10
11
Simurq
10
2
2
5
7-12
8
12
Sumqayıt Şəhər
10
0
3
7
3-14
3
 
Bombardirlər:
 
5 - Sergey Artyux (Turan)
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ)
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.