25 oktyabr 2011 20:12
Yığmamız Xorvatiya üzərində qələbə ilə başladı (YENİLƏNİB)
Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparır.
Təbriz Həsənovun yetirmələri Belçika, Xorvatiya və Ukrayna seçmələri ilə qarşılaşacaq. Millimiz ilk matçını məhz qrupumuzun oyunlarına ev sahibliyi edən Xorvatiyaya qarşı keçirib.
Rovinj şəhərindəki “Valbruna” stadionunda keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər idarə edirdilər. Andris Treymanisin idarə etdiyi oyun yığmamız üçün düşərli olub. Komandamız ilk yarının sonlarında hesabı açıb. İkinci hissənin əvvəlində isə daha bir qol vurub. Bundan sonra daha böyük qüvvəylə irəli atılan xorvatlar buraxılan qollardan birinin əvəzini çıxıblar. Lakin yığmamız ilk oyunda qələbə hesabını sonadək qorumağı bacarıb.
Qeyd edək ki, ilk oyun günündə millimizin yer aldığı qrupda Belçika da Ukrayna ilə üz-üzə gəlib. Ukraynalılar 2 cavabsız qolla qələbə qazanıblar. Beləliklə, belçikalılar ayın 27-də yığmamızla oyuna məğlub çıxmalı olacaqlar.
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
25 oktyabr
Azərbaycan – Xorvatiya - 2:1 (1:0)
Qollar: R.Nəsirli, 33, O.Əliyev, 53 - Pyaça, 69.
Baş hakim: Andris Treymanis (Latviya)
Rovinj. “Valbruna” stadionu.
AZƏRBAYCAN: 1. Əyyub Ağayev, 3. Şirməhəmməd Məmmədov, 5. Adil Nağıyev, 6. Kamran Abdullazadə, 7. Namiq Ələsgərov, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 14. Şamil Camaləddinov, 15. Elvin Bədəlov, 16. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 2. Elvin Camalov, 4. Sadiq Quliyev, 11. Vahid Zülqədir, 13. Ramin Şirinov, 17. Coşqun Diniyev, 18. Nurlan Əhmədov.
Baş məşqçi: Təbriz Həsənov.
Oyun başladı
10. Matç daha çox xorvatların ərazi üstünlüyü şəraitində keçir
17. Meydan sahiblərinin iki ardıcıl kornerdən qol vurmaq cəhdi alınmır
23. Ruslan Nəsirli kobud oyuna görə sarı vərəqə alır
26. Mandiçin qapımıza zərbəsini Əyyub Ağayev dəf edir
27. Xorvatların künc zərbəsindən fərqlənmək cəhdi yenə bəhrəsizdi
31. Orxan Əliyevin rəqib qapısına zərbəsini qapıçı dəf edir
31. Korner cəhdimiz də faydasız qalır
33. Nəsirli rəqib qapısını dəqiq nişan alır - 1:0
34. Abdullazadə sarı vərəqə ilə cəzalanır
40. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. Xorvatlar ikinci hissəyə 2 əvəzetməylə başlayırlar
42. Abdullazadənin uzaqdan möhtəşəm zərbəsini qapıçı kornerə çıxarır
42. Kornerdən sonra rəqibimizi qapı tiri qoldan xilas edir
44. Meydan sahiblərinin korner vuruşu faydasızdı
52. Komandamızın iki korner vuruşu qol gətirmir
53. Amma ardıcıl üçüncü korner zamanı Orxan Əliyev topu qapıdan keçirir - 2:0
61. Meydan sahiblərinin iki ardıcıl hücumu və 1 künc zərbəsi təhlükəli olsa da, hər şey millimiz üçün yaxşı bitir
62. Qurbanəli Əliyev yerini Sadiq Quliyevə buraxır
66. Rəqib futbolçunun (Mujan) uzaqdan zərbəsini qapıçımız tutur
67. Qapımız qarşısında daha bir təhlükəli vəziyyət... Öncə qapıçı, sonra müdafiəçilərimiz yaxşı oynayırlar
69. Xorvatların təzyiqi nəhayət ki, bəhrəsini verir. Pyaça hesab arasındakı fərqi azaldır - 2:1
70. Meydan sahibləri qoldan sonra da təzyiqi davam etdirirlər, millimiz isə tam olaraq müdafiəyə çəkilib
72. Kənan Manafovu Elvin Camalov əvəzləyir
74. Ruslan Nəsirlinin əvəzində meydana Ramin Şirinov daxil olur
75. Komandamızın yerinə yetirdiyi künc zərbəsi bəhrəsizdi
80. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
80+1. Paşaliçin cərimə zərbəsi dəqiq olmur
Matç başa çatdı
Belçika – Ukrayna - 0:2 (0:2)
Qollar: Bilonoq, 5, Radçenko 39.
Baş hakim: Petur Reynart (Farer adaları)
Noviqrad. “Laçi” stadionu.
