25 oktyabr 2011 00:25

Rodolfo Tavana: Qatuzzonun xərçəng ehtimalı istisnadı (FOTO)

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Cennaro Qatuzzo İtaliya çempionatının 1-ci turunda "Lazio" ilə görüşdən (2:2) etibarən aldığı ağır göz xəstəliyi diaqnozu ilə hələ də meydanlardan kənardadı. Azerisport.az xəbər verir ki, futbolçu həmin oyunun ilk hissəsinin ortalarında  komanda yoldaşı Alessandro Nesta ilə toquşşmadan sonra əvəzlənmişdi.
 
Həkimlər Qatuzzoya gözlərin hərəkətini təmin edən altıncı görmə sinirinin iflici diaqnozunu qoyublar. Buna səbəb kəllə sinirlərinin funksiyasının pozulması göstərilir. Belə iflic çətin müalicə edilir. "Milan"ın baş həkimi Rodolfo Tavana 25 faiz halda xəstəliyin qeyri-məlum səbəblərdən törəndiyini bildib. Həkim bunun bəzən xərçəng, bəzən əsəb tutması olduğuu da qeyd edib. Tavana Qatuzzonun müxtəlif müayinələrdən keçdiyini və qeyd edilmiş halların olmadığını vurğulayıb. Həkim həmçinin belə xəstəliklərin iki aydan altı aya qədər öz-özünə tam sağalmasını da xatırladıb.
 
Qatuzzo özü isə bunları bildirib: "Lazio"ya qarşı həmin 20 dəqiqə əsl dəhşət idi. Sanki sərxoş idim. Bir anlıq meydanın müxtəlif yerlərində dörd İbrahimoviç gördüm. Təəssüf ki daxili səsim məni irəli səsləyirdi. Yaxşı ki Nesta ilə toquşşmada bu dəhşət bitdi. Futbol həyatımdır. Bu mənada xoşbəxtəm. İyirmi gün qabaq həkimlər meydana qayıtmamaq ehtimalını təxmin edirdilər. İndi isə belə təxmin istisnadır. Fiziki hazırlığımı davam etdirə bilirəm. Ancaq oynaya bilmirəm, çünki meydanı yaxşı görmürəm. Özümü komandanın bir hissəsi sayıram, komandada keçirdiyim illərə görə mənə hörməti hiss edirəm. Yoldaşlarım bilir ki, inamlıyam. Yaş məhdudiyyət deyil. İstəyim olunca oynayacam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.