25 oktyabr 2011 12:52
Ünlü Milanlı teleşərhçi yenə iş başında (VİDEO)
Bir müddət öncə UEFA Çempionlar Liqası çərçivəsində keçirilən “Barcelona” – “Milan” qarşılaşmasını şərh edərkən bütün dünyanın diqqətini cəlb edən İtaliyanın “Gold 7” telekanalının milanlı şərhçisi Tiziano Krudeli yenidən “səhnəyə çıxıb”. Azerisport.az xəbər verir ki, o, sevimli komandasının həftəsonu keçirilən “Lecce” ilə möhtəşəm səfər oyununu elə eyni möhtəşəmliklə şərh edib. “Milan”ın 3 cavabsız qolla yenik durumda olarkən qələbə qazandığı qarşılaşmada onun necə çılğına döndüyünü isə izləməyə dəyər.
