25 oktyabr 2011 13:00

AFFA daha bir hakim səhvi aşkarladı, Bakını ciddi sanksiya ilə hədələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Bakı”– “Xəzər Lənkəran” matçının 73-cü dəqiqəsində “Bakı”nın futbolçusu Cəmşid Məhərrəmov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200  manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Alim Qurbanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200  manat cərimə olunub. Matçın 65 və 90+3-cü dəqiqəsində “Bakı”nın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Bakı”nın məşqçisi Novruz Əzimov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Matçda Premyer Liqanın himni ifa olunmadığı üçün “Bakı”ya xəbərdarlıq edilib. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq. Stadionda  “Xəzər Lənkəran”ın azarkeşləri yerləşən sektorda azarkeşlər  tərəfindən 4 ədəd oturacaq sındırılıb. Bu səbəbdən “Xəzər Lənkəran” dəymiş zərərə uyğun olaraq “Bakı”nın təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
 
“Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
 
AZAL – “Rəvan” matçında “Rəvan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 60-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Con Peluya simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı  və hakimin qərarının yalnış olduğu aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.
 
“Turan” – “Sumqayıt Şəhər” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.