26 oktyabr 2011 16:58

Birinci divizionun məğlubedilməzi kubokdan kənar qaldı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, sayca 20-ci olan yubiley ölkə kubokunun ilkin mərhələsində 10 komanda mübarizə aparır.
 
Onlar 1 oyundan ibarət mübarizədə növbəti mərhələyə yüksələn 5 xoşbəxtin adını müəyyənləşdirməliydilər. İlkin mərhələdən mübarizəyə qoşulan əksər iştirakçıların birinci divizion təmsilçisi olduğunu da qeyd edək.
 
Bu mərhələdə iştirak edən yeganə Premyer Liqa təmsilçisi "Sumqayıt Şəhər" birinci divizionun liderlərindən olan "Lokomotiv"lə qarşılaşıb. 2:0 hesablı qələbə qazanan Sumqayıt təmsilçisi 1/8 final mərhələsinə adlayıb. Bu, "Sumqayıt"ın mövsümdə ilk qələbəsi olub. Komanda Premyer Liqada keçirdiyi 10 oyunda cəmi 3 heç-heçə edib.

Birinci divizionda keçirdiyi 6 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edən "Qaradağ" yenə məğlub olmayıb. Lövbatan təmsilçisi "Şuşa"nı 3:2 hesabı ilə yenib. Birinci divizionun digər məğlubiyyətsiz komandası "Neftçala" da qələbəyə sevinib. Bölgə təmsilçisi ikinci hissəni azlıqda keçirməsinə rəğmən "Tərəqqi"yə 1:0 hesabı ilə qalib gəlib.

"Şahdağ" birinci divizionun atusayderi "Muğan"ı üstələyib. Qusar təmsilçisi Salyan klubu üzərində 4:1 hesablı qələbə qazanıb. "Bakılı" - "Karvan" oyununda isə qalibi əsas vaxtda müəyyənləşdirmək mümkün olmayıb. 55-ci dəqiqədə "Bakılı"dan Ramin Nəsibov hesabı açsa da, 80-ci dəqiqədə Aqşin Həşimov tarazlığı bərpa edib və belə olan halda qalib əlavə vaxtda müəyyənləşib. 108-ci dəqiqədə Əli Hüseynov penaltidən fərqlənərək, "Bakılı"nı 1/8 finala çıxarıb. "Karvan" isə mövsümün ilk məğlubiyyətinin acısını yaşayıb. Birinci divizionda keçirdiyi bütün oyunlarda qələbə qazanan Yevlax klubunun kubok sevdası bununla başa çatıb.
 
Azərbaycan kuboku
1/16 final
26 oktyabr (çərşənbə)
 
Şahdağ - Muğan - 4:1
Qollar: Zahid Tayıbov, 35, Fair Əmirquliyev, 44; 77, Yusif Yusifzadə, 55 - Ceyhun Əliyev, 45.
Qırmızı vərəqə: Qüdrət Ağayev, 40 (Şahdağ).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Elşən Durmuşov, Ziya Nəsirov.
Qusar. Şövkət Orduxanov adına şəhər stadionu.
 
Tərəqqi - Neftçala - 0:1
Qol: Qalib Əmrahov, 70
Qırmızı vərəqə: Qeyrət Əliyev, 44 (2-ci sarı, Neftçala).
Hakimlər: Ceyhun Haşımov, Elşən Acalov, İsgəndər Əliyev, Ramil Əhmədov
Gəncə. Şəhər stadionu.
 
Lokomotiv - Sumqayıt Şəhər - 0:2
Qollar: Samir Abdulov, 66, Kamil Nurəhmədov, 89.
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Xəlil Hüseynli.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
 
Şuşa - Qaradağ Lökbatan - 2:3
Qollar: Röyal Nəcəfov, 44; 59 - Novruz Ələkbərov, 8, Nicat Tağıyev, 38, Tofiq Qədimov, 52.
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Ruslan Quliyev, Rəşad Aydınov.
Bakı. "Şəfa" stadionu.
 
Bakılı - Karvan - 2:1
Qollar:Ramin Nəsibov, 55, Əli Hüseynov, 108-pen.- Aqşin Həşimov, 80 
Hakimlər: Fuad Həsənov, Aleksandr Musatkin, Nahid Əliyev, Hümmət Məmmədov.
Bakı. "Şəfa" stadionu, IV meydança.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.