27 oktyabr 2011 02:53
Chelsea, Liverpool və Manchester City də növbəti mərhələdə (YENİLƏNİB)
Futbol üzrə İngiltərə Liqa kubokunda 4-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Bir neçə gün öncə Mançester derbisində ağır yenilgi ilə üzləşən “Manchester United” bu məğlubiyyəti aşağı divizion təmsilçisini darmadağın etməklə unutdurmağa çalışıb. “Aldershot” üzərindəki qələbə “qırmızı şeytanlar”ı növbəti mərhələyə çıxarıb.
“Arsenal” “Bolton” üzərində çətin qələbə qazanmağa nail olbu. “Cardiff City” isə “Burnley” üzərindəki minimal hesablı qələbə ilə növbəti mərhələyə çıxıb. Premyer Liqadan gedəndən sonra heç də yaxşı günlərini yaşamayan “Southampton”a növbəti zərbə “Crystal Palace”dan gəlib.
Digər görüşlər ikinci oyun günündə baş tutub. “Liverpool” səfərdə “Stoke City”ni çətinliklə də olsa, yenməyi bacarıb. “Manchester City” isə “Wolverhampton”u darmadağınla keçib. “Chelsea” “Everton”la qarşılaşmada hesabı açsa da, son dəqiqələrdə üstünlüyünü əldən verib. Bu üzdən yalnız əlavə vaxtda qol vuraraq, növbəti mərhələyə adlayıb. “Blackburn” də “Newcastle”la ev oyununda məhz əlavə vaxtda vurduğu qolla növbəti mərhələyə çıxıb.
İngiltərə Liqa kuboku
4-cü mərhələ
25 oktyabr
Aldershot - Manchester United – 0:3
Arsenal – Bolton – 2:1
Cardiff City – Burnley – 1:0
Crystal Palace – Southampton – 2:0
26 oktyabr
Stoke City - Liverpool - 1:2
Wolverhampton - Manchester City - 2:5
Blackburn - Newcastle - 4:3 (əlavə vaxtda)
Everton – Chelsea - 1:2 (əlavə vaxtda)
