27 oktyabr 2011 02:05
Bayern növbəti tura 6 cavabsız qolla yüksəldi (YENİLƏNİB)
Futbol üzrə Almaniya kubokunda 2-ci mərhələnin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
Münhenqladbax “Borussia”sı səfərdə “Heidenheim” üzərində çətin qələbəyə sevinib. Belə ki, bu cütün qalibini penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Dortmund “Borussia”sı isə Drezden “Dinamo”sunu 2 cavabsız qolla keçib.
Bundesliqada mübarizə aparan və bu mərhələdə üz-üzə gəlmək məcburiyyətində qalan klublardan “Hoffenheim” evdə “Cologne” ilə qarşılaşıb və rəqibini yenərək, mübarizəni erkən dayandırmağa məcbur edib. Digər görüşlərdə isə gözlənilən nəticələr qeydə alınıb.
Son oyun günündə də maraqlı nəticələr qeydə alınıb. Bundesliqada yarışan klublardan bu mərhələdə üz-üzə gələnlərdən "Hannover" evdə "Mainz"a məğlubiyyətlə barışmalı olub. "Bayern" növbəti mərhələyə 6 cavabsız qolla yüksələrkən, "Schalke", "Hertha", "Kaiserslautern", "Nurnberg" və "Stuttgart" da sensasiyaya imkan verməyib.
Almaniya kuboku
2-ci mərhələ
25 oktyabr
Heidenheim – Borussia (Münhenqladbax) – 0:0 (penaltilərlə 3:4)
Fortuna - Munich 1860 – 3:0
Rasen Ballsport – Augsburg – 0:1
Unterhaching – Bochum – 1:4
Borussia (Dortmund) - Dinamo (Drezden) – 2:0
Eintracht (Trier) – Hamburger – 1:2
Greuther Furth – Paderborn – 4:0
Hoffenheim – Cologne – 2:1
26 oktyabr
Hannover - Mainz - 0:1
Holstein - Duisburg - 2:0
Karlsruhe - Schalke - 0:2
Essen – Hertha - 0:3
Bayern - Ingolstadt - 6:0
Eintracht (Frankfurt) - Kaiserslautern - 0:1
Erzgebirge - Nurnberg - 1:2
Stuttgart - Frankfurt - 3:0
