26 oktyabr 2011 17:41
Berti Foqts Albaniya ilə oyun üçün heyəti açıqladı
Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycan milli komandası Tirana şəhərində Albaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bununla əlaqədar, millimiz noyabrın 7-dən 11-dək Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olacaq.
Qeyd olunan təlim-məşq toplanışı və yoldaşlıq oyunu üçün artıq milliyə dəvət olunan futbolçuların siyahısı da müəyyənləşib. Berti Foqts yığmaya 22 futbolçu dəvət edib.
Onların tam siyahısı ilə aşağıda tanış ola bilərsiz:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt Şəhər), Aqil Məmmədov (Bakı);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (İnter), Vurğun Hüseynov (Qəbələ), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (Freiburg, Almaniya), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”);
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Mahir Şükürov, Arif İsayev (hamısı “Qəbələ”), Rəşad Sadiqov, Əfran İsmayılov (hər ikisi “Qarabağ”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Nizami Hacıyev (İnter);
Hücumçular: Branimir Subaşıç (Xəzər Lənkəran), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Elşən Məmmədov (AZAL), Murad Hüseynov (Qəbələ).
