26 oktyabr 2011 18:03
Sabah sentyabrın ən yaxşı oyunçusu mükafatına qovuşacaq
2011/2012-ci il mövsümü üçün Premyer Liqada sentyabr ayının "ən yaxşı oyunçusu" məlumdu. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqada çıxış edən klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən seçilmiş ötən ayın "ən yaxşı oyunçu"nun mükafatlandırılması mərasimi 27 oktyabrda keçiriləcək. UniPlazada təşkil olunacaq tədbir 16:00-da başlayacaq. Tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
