27 oktyabr 2011 00:03

“Bizim üçün Neftçi və ya Rəvana qarşı oynamağın fərqi yoxdu”

“İnter”in gürcüstanlı müdafiəçisi İlia Kandelaki müsahibəsində Premyer Liqanın son turunun “Qəbələ” ilə qarşılaşmasından danışıb, eləcə də “Rəvan”la qarşıdan gələn oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Öncə “Qəbələ” ilə keçirilən matç barədə sənin fikirlərini öyrənmək istərdik...
- Oyun çox ağır alındı. Yaxşı ki, birinci hissədə qol vurmağı bacardıq, amma təəssüf ki, bu üstünlüyümüzü qoruya bilmədik. Qarşılaşma istənilən nəticəylə yekunlaşa bilərdi, axı hər iki komandanın qol vəziyyətləri oldu. Ancaq yekun nəticədə heç-heçə qeydə alındı və hesab edirəm ki, bu, bizim üçün münasib nəticədi.
 
- “İnter” son oyunlarını özünəməxsus yeni düzülüşdə keçirir, komanda özündə 3 mərkəz və hücumlarda cinah yarımmüdafiəçilərə çevrilən  2 cinah yarımmüdafiəçisini birləşdirən 5-4-1 qeyri-standart taktikaya uyğun oynayır. Bu sxemə uyğunlaşmaq çətin deyil ki?
- Bəli, bu düzülüş bizim üçün yenidi. Axı ötən mövsüm belə taktikayla bir neçə dəfə oynamışıq. Ən başlıcası odu ki, futbolçular belə düzülüşdə necə oynamağı anlasınlar və müdafiədən hücuma və ya əksinə, doğru şəkildə keçməyi bacarsınlar. Düşünürəm ki, oyunçular bu taktikanı, məşqçinin tələb etdiyini anlayırlar. Və hesab edirəm ki, məşqçi belə düzülüşə kadr problemi hiss edən zaman əl atır.  Çox güman ki, vəziyyət normallaşan zaman zədəli futbolçular heyətə dönən vaxt, bizim üçün adi olan taktikaya qayıdacağıq. Doğrusu, 4 və ya 5 müdafiəçi ilə oynamağın şəxsən mənim üçün heç bir fərqi yoxdu. Biz futbolçularıq və istənilən sxemə uyğunlaşmağı bacarmalıyıq.
 
- Son zamanlar “İnter”i taktika komandası adlandırırlar. “Komandanın uğurunun məşqçi göstərişlərinin doğru şəkildə yerinə yetirilməsindən asılıdı” fikrilə razısanmı?
- Əlbəttə, belə vəziyyət bizim xeyrimizə işləyir. Axı futbolçular və məşqçi eyni mexanizmin qarşılıqlı əlaqədə olan detallarıdı. Məşqçi komandaya rəhbərlik edir, bizi taktikayla tanış edir və futbolçulara onu doğru şəkildə yerinə yetirmək qalır. Məşqçi tələblərinin dəqiq yerinə yetirilməsi, sözsüz ki, komanda uğurunun rəhnidi.
 
- Qarşıda komandanı son zamanlar əla sürət yığan və turnir cədvəlində hiss ediləcək dərəcədə yüksələn “Rəvan”la səfər oyunu gözləyir. Növbəti rəqib barədə nə deyə bilərdin?
- Bizim üçün istənilən rəqib ciddidi. Heç bir qiymət verməməkdən söhbət gedə bilməz və xüsusilə də son turlarda “Rəvan” çox yaxşı futbol sərgiləyir. Bizim üçün “Neftçi”yə və ya “Qarabağ”a, eləcə də  “Rəvan”a qarşı oynamağımızın fərqi yoxdu. Bütün matçlara və rəqiblərə qarşı eyni səviyyədə köklənirik. Rəqibin oyununu eyni səviyyədə təhlil edirik və bütün oyunlara eyni səviyyədə hazırlaşırıq.
 
- Bununla belə, çempionatın birinci dövrəsi başa çatır. Mövsümün ilk hissəsinin “İnter” üçün necə başa çatdığını düşünürsən?
- Doğrusu, mövsümün əvvəli bizim üçün o qədər də uğurlu alınmadı. İlk oyunlar komanda üçün mürəkkəb oldu. Ancaq sonra biz özümüzü toparladıq və öz oyunumuzu tapdıq. Son matçlar bizim üçün uğurlu alındı. Xüsusilə “Xəzər Lənkəran”a və “Neftçi”yə qarşı matçları qeyd etmək istərdim, elə “Qəbələ”yə qarşı son matçda da pis oynamadıq. Birinci dövrə özündə həm pis, həm də yaxşı anları birləşdirdi. Düşünürəm ki, ümumilikdə, komanda birinci dövrəni heç də pis başa vurmadı. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.