27 oktyabr 2011 00:05
Tuyqun Nadirov Kamran Ağayevin gedəcəyi tarixi açıqladı
"Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov komandanın əsas qapıçısı və kapitanı Kamran Ağayevin cəzalandırılması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kamran “Xəzər Lənkəran”ı Azərbaycan yığmasında təmsil edir və edəcək. Klubun uğurlarında onun da xidmətləri var. Sadəcə, hazırda o, psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə deyil. Buna görə də kapitan sarğısının ondan alınmasına qərar verildi. Onu heç kim əvəzedici komandaya göndərməyib. Elə bu gün (dünən) əsas heyətlə məşqə çıxıb. Heç kim onu transferə çıxarmağa da hazırlaşmır. Kamran Ağayev “Xəzər Lənkəran”ın oyunçusudu və müqaviləsinin sonuna kimi də komandada qalacaq”.

Qeyd edək ki, Ağayevin “Xəzər Lənkəran”la müqaviləsinin müddəti 2012-ci ilin yayında başa çatacaq.