27 oktyabr 2011 20:12

Millimiz Belçikaya məğlub oldu (YENİLƏNİB)

Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparır.
 
Təbriz Həsənovun yetirmələri Belçika, Xorvatiya və Ukrayna seçmələri ilə yarışır. Millimiz ilk matçını məhz qrupumuzun oyunlarına ev sahibliyi edən Xorvatiyaya qarşı keçirmişdi və 2:1 hesabıyla qələbə qazanmışdı.
 
Bu gün isə qrupdakı ikinci oyununda futbolçularımız Belçika ilə üz-üzə gəliblər. Qeyd edək ki, bu komanda ilk oyununda Ukraynaya 0:2 hesabıyla məğlub olmuşdu. Komandamız qrupdan çıxmaq üçün bu oyunda da qələbə qazanmağa borcluydu.
 
Lakin təəssüf ki, futbolçularımız ikinci hissədə buraxdıqları 1 qolun əvəzini çıxa bilməyiblər və nəticədə meydandan məğlub ayrılıblar.
 
Qeyd edək ki, bu gün həm də millimizin yer aldığı qrupda Xorvatiya ilə Ukrayna üz-üzə gəlib. Maraqlıdı ki, bu görüşdə də ukraynalılar xorvatlara uduzublar.
 
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
27 oktyabr
 
Azərbaycan – Belçika - 0:1 (0:0)
Qol: Miloşeviç, 41.
Baş hakim: İstvan Kovaç (Rumıniya)
Umaq. “Qradski” stadionu.
 
AZƏRBAYCAN: 1. Eyyub Əliyev, 3. Şirməmməd Məmmədov, 5. Adil Nağıyev, 6. Kamran Abdullazadə, 7. Namiq Ələsgərov, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 14. Şamil Camaləddinov, 15. Elvin Bədəlov, 16. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 2. Elvin Camalov, 4. Sadiq Quliyev, 11. Vahid Zülqədr, 13. Ramin Şirinov, 17. Coşqun Diniyev, 18. Nurlan Əhmədov.
Baş məşqçi: Təbriz Həsənov.
 
Oyun başladı
5. Oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılar qarşısında ciddi təhlükə yaradan yoxdu
8. Belçikalıların künc zərbəsindən fərqlənmək istəyi alınmır
15. Manafovun uzaqdan zərbəsini qapıçı tutur
17. Belçikalıların təhlükəli hücumunu rəqib futbolçu çox qeyri-dəqiq zərbə ilə tamamlayır
19. Rəqib komandanın kapitanı Korentin Fyore Ruslana qarşı kobud oyuna görə sarı vərəqə alır
19. Cərimə zərbəsini belçikalılar kornerə çıxarırlar
20. Komandamızın ilk korner vuruşundan da heç nə çıxmır
20. Ruslan Nəsirli özü də sarı vərəqə ilə cəzalanır
24. O.Əliyevin zərbəsi qapıdan aralı keçir
28. Gerkens futbolçumuza qarşı kobudluğa görə sarı vərəqə alır
30. Komandamızın yerinə yetirdiyi 2 korner qol gətirmir
32. Cərimə zərbəsini futbolçularımız uğursuz yerinə yetirirlər
35. Rəqib futbolçu (Losinyo) cərimə meydançasına daxil olub zərbə vursa da, qapıçımız yerindədi
38. Losinyo futbolçumuza qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
39. Manafov kobud oyuna görə sarı vərəqə alır
40. Belçikalıların yerinə yetirdiyi cərimə zərbəsi zamanı Akerveken qapı tirini nişan alır
40. İlk yarıya 1 dəqiqə əlavə olunur
40+1. Ruslan qapıçı ilə üz-üzə qalsa da, qapıya dəqiq zərbə endirə bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. Hendriksi Dendoker əvəzləyir
41. Miloşeviç hesabı açır - 0:1
44. Losinyonun zərbəsini qapıçımız dəf edir
49. Manafovu Diniyev əvəzləyir
53. Dehondun zərbəsini qapıçımız dəf edir
57. Ruslan Nəsirlini Zülqədr əvəzləyir
66. Pirar cərimə meydançasında qaydanı pozur
67. Ələskərov penaltidən yararlana bilmir
68. Ələskərov sarı vərəqə alır
70. Q.Əliyevi Ramin Şirinov əvəzləyir
80. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
 
Ukrayna – Xorvatiya - 0:1 (0:0)
Qol: Paşaliç, 72.
Baş hakim: Petur Reynert (Farer adaları)
Poreç. “Veli Yoş” stadionu.
 
1. Ukrayna
2
1
0
1
2-1
3
2. Xorvatia
2
1
0
1
2-2
3
2. Azərbaycan
2
1
0
1
2-2
3
4. Belçika
2
1
0
1
1-2
3

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.