26 oktyabr 2011 11:28

“Neftçiyə yenilgini ancaq Bakı üzərində qələbə unutdura bilər”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 1-ci turundan təxirə salınan “Neftçi” ilə oyundan (2:3) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- “Neftçi” ilə oyununuzu necə dəyərləndirərdiz?
- Matç yüksək səviyyədə keçdi. Fikrimcə, bunu siz özünüz də gördünüz. Məğlub olmağımıza baxmayaraq, əminəm ki, hər iki komanda özünün ən yaxşı oyununu sərgilədi. Təəssüf ki, bizim bəxtimiz gətirmədi. Birinci hissədə oynadıq, qol vurduq. İkinci qolu vurandan sonra artıq uduzacağımıza inanmırdım.
 
- Rəşad Abdullayevin cərimə zərbəsindən vurduğu qol oyununuza nə dərəcədə təsir etdi?
- Əlbəttə, bu qol “Neftçi” üçün çox vacib idi. Axı ikinci hissəyə 1:2 hesabıyla başlamaq, 0:2-dən qat-qat yaxşıdı. Amma yenə də biz hesabda üstün idik və qələbə hesabını qorumağa borcluyduq.
 
- İkinci hissədə komandada nə baş verdi?
- Biz sadəcə kobud səhvlər buraxdıq və cəzalandırdılar.
 
- Sizcə, “Neftçi” qələbəyə layiq idi?
- “Neftçi”ni təbrik edirəm, qələbəyə layiq idilər. İkinci hissədə “Neftçi” daha yaxşı oynayıb, qələbə qazandı. Biz çox maraqlı qollar buraxdıq. Futbolda belə olur. Fikrimcə, “Neftçi”nin qələbəsinin əsas sirri onda idi ki, onlar soyuqqanlı oynayırdılar.
 
- Çempionatımızda belə oyunlar çox az olur...
- Heç mən də belə oyunların çox şahidi olmuram. Hələ də inana bilmirəm ki, sonda iki qol buraxmışıq.
 
- İki qol vurub, komandanın məğlubiyyətinə üzülmək necədi?
- Heç də yaxşı hiss deyil. Amma mən özümü komandadan ayırmıram. Hamı kimi mən də məğlubiyyətimizdə günahkaram.

- Qurban Qurbanov paltardəyişmə otağında nə dedi?
- Məşqçi dedi ki, bu, futboldu. Bizə öz üzərimizdə işləmək və “Bakı” ilə oyun haqda düşünmək lazımdı. Biz onları Quzanlıda qəbul etməliyik. Stadionun bu oyuna nə dərəcədə hazır olduğunu bilmirəm. Amma bizə deyiblər ki, qazon hazırda ideal vəziyyətdədi.

- Bu məğlubiyyət “Bakı” ilə oyununuza da təsir edə bilərmi?
- Bunu zaman göstərəcək. Biz özümüzə tez gəlməliyik. “Neftçi”yə yenilgini ancaq “Bakı” üzərində qələbə unutdura bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.