26 oktyabr 2011 11:40
Xəzər Lənkərandan Kamran Ağayevə sərt cəza
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun “Bakı” ilə səfər oyununda buraxdığı kobud səhv “Xəzər Lənkəran”ın və Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevə baha başa gəlib. Azerisport.az xəbər verir ki, komandanın həmin oyunda xal itirməsində əsas günahkarlardan sayılan millimizin çərçivə qoruyucusu buna görə klub rəhbərliyi tərəfindən çox sərt cəzalandırılıb.
Belə ki, kobud səhvi ilə Uinston Parksın bərabərlik qolunu vurmasına imkan yaradan qapıçı layiq olduğu cəzanı alıb. Ağayev rəhbərliyin qərarı ilə kapitan sarğısından məhrum edilib.
Bundan sonra “ağ-yaşıllar”ı meydana kapitan sarğısı ilə Rahid Əmirquliyev çıxaracaq.
