26 oktyabr 2011 12:04
Xəzər Lənkəranın 303 günlük seriyasına son
Azərbaycan Premyer Liqasının 10-cu turunda “Xəzər Lənkəran”ın uğurlu seriyalarının biri qırıldı. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionatlarında 21 matç idi ki, bu komanda 1 oyunda 2 və ya daha çox qol buraxmırdı.
Buna sonuncu dəfə ötən il dekabrın 22-də təsadüf olunmuşdu. Lənkərana qonaq qismində gələn “Qarabağ” bu komandanı 2:1 hesabı ilə məğlub edəndən sonra heç kim Mirça Rednikin yetirmələrinə 1-dən artıq qol vurmurdu. “Bakı” ilə matçda isə bu seriyaya son qoyuldu. 303 gün ərzində baş tutan 21 çempionat matçında 8 dəfə qapısını toxunulmaz saxlayan “Xəzər Lənkəran” digər 13 görüşün hərəsində 1 top buraxmışdı.
Qeyd edək ki, Rednikin rəhbərliyi altında keçirilən 42 çempionat oyununda cəmi 3-cü dəfədi 1-dən artıq qol buraxılır. “Bakı” və “Qarabağ”dan başqa “Gəncə” ilə səfər oyununda belə hal qeydə alınmışdı – 1:4. (klubun saytı)
