26 oktyabr 2011 11:51
Azərbaycan Donetsk Şaxtyoru ilə bacarmadı
Ukraynada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi bu ölkənin məşhur “Şaxtyor” (Donetsk) klubunun U-17 komandası olub.
Qarşılaşma 2:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatıb.
