26 oktyabr 2011 00:02
Millimizin baş məşqçisi: Məqsədimizə nail olduq
17 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-nin ilkin seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiya – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 2:1 hesablı qələbə qazandığı ilk oyunla bağlı bunları dilə gətirib:
“Xorvatiya yığmasının oyunlarının videoyazısını izləmişdik. Rəqibimizin güclü komanda olduğunu bilirdik. Bunu nəzərə alaraq, əks-hücum taktikasına üstünlük vermişdik. Məqsədimiz seçmə mərhələyə yaxşı başlamaq idi və buna nail olduq”.
