26 oktyabr 2011 00:14
AFFA-nın baş katibi: Təqvimlə bağlı heç kimlə danışıq aparmamışıq
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın yer aldığı qrupun təqvimini müəyyənləşdirmək üçün heç bir görüş keçirilməyib, danışıq aparılmayıb. Azerisport.az saytına açıqlamasında bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib:
“AFFA heç kimlə bu barədə danışıqlar aparmayıb. Buna görə də qrupumuzda yer alan komandaların danışıqlar apardığı, razılığa gələ bilmədiyi barədə şayiələr həqiqəti əks etdirmir”.
“AFFA heç kimlə bu barədə danışıqlar aparmayıb. Buna görə də qrupumuzda yer alan komandaların danışıqlar apardığı, razılığa gələ bilmədiyi barədə şayiələr həqiqəti əks etdirmir”.
Qeyd edək ki, DÇ-nin seçmə mərhələsində Azərbaycan Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla üz-üzə gələcək.
