26 oktyabr 2011 12:23
Qarabağ bu gün yenə Quzanlıya qayıdır
“Qarabağ” Ağdama yollanır. Azerisport.az xəbər verir ki, dünən 1-ci turdan təxirə salınmış oyunda “Neftçi”nin qonağı olan komanda bu gün məşqə çıxıb.
Günün yeganə məşqi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Komanda günorta yeməyindən sonra Ağdama yollanacaq.
Oktyabrın 28-də Premyer Liqanın 11-ci turunda “Bakı”nı qəbul edəcək komanda 2 gün öncədən Quzanlıda məskunlaşacaq. Xatırladaq ki, “Qarabağ” 2 aylıq fasilədən sonra Quzanlıda ev oyununu keçirəcək. Avqustun 27-də “Qəbələ” ilə baş tutan oyundan sonra Quzanlı Olimpiya kompleksi təmirə bağlanmışdı.
