26 oktyabr 2011 00:21
Millimizin matçlarının təqvimi noyabrın 25-də müəyyənləşəcək
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın yer aldığı qrupun təqvimi noyabrın 25-də müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, məhz həmin gün Portuqaliya, İsrail, Şimali İrlandiya, Lüksemburq və Azərbaycan futbol federasiyaları arasında görüş keçiriləcək.
Həmin tədbir Lüksemburqda baş tutacaq. Eyni qrupda yer alan bu ölkələrin yığmalarının təmsilçilərin bütün oyunların təqvimini razılaşdırmalıdılar. Tərəflər öz aralarında razılığa gələ bilməsələr, mümkündü ki, təqvim daha sonra püşkatma vasitəsilə müəyyənləşdirilsin.
