27 oktyabr 2011 13:43
“Məni bura 10 oyuna 1 qol vurmaq üçün gətirməyiblər”
“Bakı”nın hücumçusu Marius Verpakovski Premyer Liqanın 11-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. O, qarşıdakı oyunla bağlı öncə bunları dilə gətirib:
- Bizi çox çətin oyun gözləyir. Ötən tur biz uğurlu çıxış etdik. Qələbə qazanmasaq da, yaxşı oynadıq. “Xəzər Lənkəran”ı məğlub etməyimizə yalnız qol epizodlarını yaxşı dəyərləndirməməyimiz mane oldu. “Qarabağ”a gəlincə, rəqibimiz ciddidi, yaxşı futbol sərgiləyir. Aydın məsələdi ki, hər iki komanda üçün çox çətin olacaq.

- Oyunun harda keçiriləcəyini bilirsiz?
- Təxmini harda olacağını bilirəm. Amma düzü bu haqda heç düşünmürəm də. Meydana çıxıb öz oyunumu oynayacağam.
- Təxmini harda olacağını bilirəm. Amma düzü bu haqda heç düşünmürəm də. Meydana çıxıb öz oyunumu oynayacağam.
- Bu dəfə də heç-heçə sizi qane edəcək?
- Qələbəyə köklənmişik. Artıq xal itirməyə haqqımız yoxdu. Qələbə qazanmaq lazımdı. Bu oyunda fərqlənməyə çalışacağam.
- Amma bu, sizdə o qədər də yaxşı alınmır: 10 oyuna 1 qol. Nə problem var?
- Hələlik alınmır. Kömək etməyə çalışıram. Qol vəziyyətləri olur. Dəyərləndirə bilmirəm.
- Kluba uyğunlaşma baxımından problem yoxdu ki?
- Problem yoxdu, şans verirlər. Amma özüm də başa düşürəm ki, qol vurmaq lazımdı. Məni bura 10 oyuna 1 qol vurmaq üçün gətirməyiblər. Öz üzərimdə işləməyə davam edəcəm və ümidvaram ki, komandaya köməyim daha çox dəyəcək.
- Deməli, komandanızın turnir cədvəlində daha üst pillələrdə olmamasında sizin də günahınız var?
- Hər şey göründüyü qədər sadə deyil. Futbol komanda oyunudu. Öncə komandada heç nə alınmırdı. Amma turdan-tura bizdə vəziyyət yaxşılığa doğru dəyişir. Yeni komandanın birdən-birə yaxşı futbol sərgiləməsi mümkün deyil.

- Beşinci pillə “Bakı” üçün arzulanan mövqedi?
- Bu, müvəqqəti yerdi. Çətin ki, sonda biz bu pillədə qalaq. İkinci yerdən bizi cəmi 1 qələbə ayırır. Hələ hər şey qarşıdadı.
- Bu, müvəqqəti yerdi. Çətin ki, sonda biz bu pillədə qalaq. İkinci yerdən bizi cəmi 1 qələbə ayırır. Hələ hər şey qarşıdadı.
- Azərbaycan mətbuatında sizə tənqidlər heç də az deyil. Bu, sizi qıcıqlandırmır?
- Düzünü desəm, Azərbaycan mətbuatını oxumuram və haqqımda nə yazıldığını da bilmirəm. Amma mənə tənqid lazım deyil. Mən özüm də başa düşürəm ki, üzərimdə daha çox işləməli, qol vurmalıyam. Öz gücümə inanıram. Tezliklə, hər şey daha yaxşı olacaq.