27 oktyabr 2011 14:53
Əfran İsmayılov Bakı ilə oyunu buraxa bilər
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Premyer Liqanın 11-ci turunun “Bakı” ilə oyununu buraxa bilər. Azerisport.az xəbər verir ki, buna səbəb onun “Neftçi” ilə son oyunda (2:3) aldığı kiçik zədə göstərilir.
Hazırda həkimlərin ciddi səylə sıraya qaytarmağa çalışdıqları yarımmüdafiəçinin durumuna oyun günü – sabah aydınlıq gələcək. Həkimlər hələ ki, İsmayılovun oynamasına razılıq verməyiblər.
