27 oktyabr 2011 15:01
Qarabağ və Kəpəz 1 dəqiqəlik sükut tələb edir
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl bildirib ki, Ağdam klubu Premyer Liqanın 11-ci turunun “Bakı” ilə oyununa 1 dəqiqəlik sükutla başlamağı planlaşdırır. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz oyunu bir dəqiqəlik sükutla başlamaq istəyirik. Bu barədə PFL-ə də məlumat veriləcək. Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həyatını itirən insanlatın xatirəsini bir dəqiqəlik sükutla yad etmək istəyirik”.

Qeyd edək ki, “Kəpəz” də “Neftçi” ilə ev oyununda eyni addımı atmaq fikrindədi və bu barədə PFL-ə müraciət edəcək. Gəncə klubunun heyətində türkiyəli futbolçu Muammer Erdoğdunun çıxış etdiyini də vurğulayaq.