27 oktyabr 2011 16:18
Rəşad Abdullayev sentyabrın ən yaxşı oyunçusudu
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev sentyabr ayı üçün Azərbaycan Premyer Liqasının "ən yaxşı oyunçusu" seçilib. Azerisport.az xəbər verir ki, klubların baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında keçirilən sorğuya əsasən sentyabr ayının "ən yaxşı oyunçusu" adına layiq görülən Rəşad Abdullayevə Peşəkar Futbol Liqasının xüsusi hədiyyəsi və pul mükafatı təqdim olunub.
