27 oktyabr 2011 16:54

Qurban Qurbanov: Bütün bunlar komandanı əldən salır

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 11-ci turunun “Bakı” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb, “Neftçi”yə son məğlubiyyətdən (2:3) danışıb.

- “Neftçi”ylə oyundan sonra yetirmələrinizə nə dediniz?
- Uşaqları çox danlamağa ehtiyac duymadım. Qarşıda hələ “Bakı” ilə oyun var. Oyundan sonra sadəcə onu dedim ki, bu səhvlərə 11-ci turun oyunundan sonra qayıdacağıq.

- Komandada problem var?
- Xüsusi elə bir problem yoxdu. Hər şey qaydasındadı. Yorğunluq var və zədələr öz sözünü deyir. Şübhəsiz ki, məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə də yaxşı deyil. 2:0 öndə olduğun qarşılaşmada məğlub olandan sonra özünə gəlmək asan olmur.

- Bu məğlubiyyəti məşqçi karyeranızda ən acı yenilgi kimi qeyd etmək olar?
- Son dövrlərdə dünya futbolunda da belə hallara az rast gəlinmir. Bu, bir daha göstərir ki, 90 dəqiqə ərzində diqqətli oynamaq lazımdı. 3 xal itirməyimizə baxmayaraq, hər halda bundan nəticə çıxardıq.

- “Bakı” ilə oyun artıq Quzanlıda keçiriləcək...
- Doğma azarkeşlərimizin gözü qarşısında oynamaq bizim üçün üstünlükdü. Bu, əlavə motivasiyadı. Amma məlum çətinliklər də var. “Neftçi” ilə iki gün öncə oynamışdıq. Daha sonra Bakıdan Quzanlıya yol yorğunluğu. Bütün bunlar komandanı əldən salır. Amma azarkeşlərin xətrinə bunlara dəyər.

- Növbəti rəqibiniz son turda “Xəzər Lənkəran”la heç-heçə etdi...
- “Bakı” ilə həmişə bizə çətin olub. Artıq neçə oyundu uduzmurlar. Komanda nəticəyə oynamağı bacarır. Fərdi cəhətdən güclü futbolçuları da var.
 
- Parks son oyunda sabiq komandasına iki qol vurdu...
- Parks da, Verpakovski də güclü və təcrübəli futbolçulardı. Bizə diqqətli oynamaq lazımdı.

- Heyətdə dəyişikliklər olacaq?
- İstisna olunmur. Bu, komandaya lazımdı.

- Yeri gəlmişkən, “Neftçi”yə məğlubiyyətinizin əsas səbəbi kimi Roşanın Qara Qarayevlə əvəzlənməsi göstərilir...
- Əvəzetmələr hərdən özünü doğruldur, hərdən də yox. Məğlub olanda həmişə baş məşqçi günahkar çıxır. Bu görüşdə iki fərqli hiss oldu. Sadəcə, bir əvəzetmədə səhv axtаrmaq düz deyil. Qarşıda hələ çox oyun var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.