27 oktyabr 2011 17:02
Ramin Musayev klubları dəstəklədi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev klubların Premyer Liqanın 11-ci turunun oyunlarına 1 dəqiqəlik sükutla başlamaq istəməsinə münasibətini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Şəxsən mən bu ideyanı dəstəkləyirəm. Çünki tam ürəyimcədi. Amma bununla bağlı klublara əmr verə bilmərik. Onlar bunu istəyirlərsə, qoy növbəti turun oyunlarına bir dəqiqəlik sükutla başlasınlar”.
“Şəxsən mən bu ideyanı dəstəkləyirəm. Çünki tam ürəyimcədi. Amma bununla bağlı klublara əmr verə bilmərik. Onlar bunu istəyirlərsə, qoy növbəti turun oyunlarına bir dəqiqəlik sükutla başlasınlar”.
Qeyd edək ki, bu ideya Türkiyənin Van şəhərində baş verən dəhşətli zəlzələdə həyatını itirən insanların xatirəsini yad etmək məqsədilə ortaya atılıb.
