27 oktyabr 2011 17:10
Ramin Musayev: Rəşada mövsümün ən yaxşı oyunçusu seçilməyi arzulayıram
PFL prezidenti Ramin Musayev “Neftçi”nin yarımmüfiəçisi Rəşad Abdullayevin sentyabr ayının ən yaxşı futbolçusu seçilməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, mükafatlandırma mərasimində bunları dilə gətirib:
“Rəşad “Qarabağ”la oyunda “Neftçi”yə çox kömək etdi. Onun qolu faktiki olaraq komandasını məğlubiyyətdən xilas etdi. Amma məsələn, “İnter”lə oyunda zəif çıxış etdi. Şəxsən mən, arzu edirəm ki, o, mövsümün sonunda da ən yaxşı futbolçu seçilsin”.