27 oktyabr 2011 17:21
Mükafatlandırma mərasiminin tarixi açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının və birinci divizionun ötən mövsümünün qaliblərinin medallarına qovuşacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən komandaların mükafatlandırma mərasimi noyabrın 3-də keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. PFL prezidenti bildirib ki, tədbir Bakı Biznes Mərkəzində təşkil olunacaq.
Maraq üçün xatırladaq ki, 2010/11 mövsümündə “Neftçi” çempion olduğu halda, “Xəzər Lənkəran” gümüş, “Qarabağ” bürünc medallara sahib çıxmışdı. Birinci divizionda isə artıq dağılan “Abşeron” qızıl, “Rəvan” gümüş, “Bakılı” da bürünc medalları qazanmışdı.
