27 oktyabr 2011 18:02
Bakı Mingəçevirə yollandı
Premyer Liqanın 11-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Bakı” oyununa hazırlaşan “Bakı” bu gün səfər öncəsi sonuncu məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutan məşqdə Fabio Luis Ramim zədə səbəbindən iştirak etməyib.
Fiziki təmrinlərlə başlayan məşq, topla hərəkətlərlə yekunlaşıb. Məşq bir saat davam edib.
Saat 15:00-də səfərə çıxan “Bakı” Mingəçevirdə məskunlaşacaq və oyun günü Ağdama hərəkət edəcək.
Xatırladaq ki, turun mərkəzi oyunu sayılan “Qarabağ” – “Bakı” oyunu 28 oktyabr 2011-ci il tarixdə saat 15:00-da Quzanlı qəsəbə stadionunda keçiriləcək.
