27 oktyabr 2011 18:23
Neftçi – Turan matçının yeri dəyişdirildi
"Neftçi" Premyer Liqanın 11-ci turunda "Turan" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “flaqman” Tovuz təmsilçisini öncədən bildirildiyi kimi, İsmət Qayıbov adına stadionda yox, "Dalğa Arena"da qəbul edəcək.
Hava şəraitinin qeyri-sabit keçməsi üzündən Bakıxanov qəsəbə stadionunun yeni bərpa olunmuş ot örtüyünün sıradan çıxmaması üçün belə addım atılıb.
Premyer Liqanın 12-ci turunun "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında noyabrın 6-da keçiriləcək mərkəzi görüşü isə İsmət Qayıbov adına stadionda baş tutacaq.
Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Neftçi" – "Turan" matçı saat 15:00-da başlanacaq.
