27 oktyabr 2011 18:35
Qarabağ – Bakı matçının hakimi açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az növbəti turun təyinatları ilə sizi də tanış edir.
Qeyd edək ki, növbəti turun oyunları 3 günə keçiriləcək. Turun açılış matçı - "Qarabağ" - "Bakı" oyunu Anar Salmanova tapşırılıb. "Xəzər Lənkəran" - "Kəpəz" matçını isə Rəhim Həsənov idarə edəcək.
İkinci oyun günündə baş tutacaq "Qəbələ" - "Simurq" oyunu Fariz Yusifova həvalə olunub. "Neftçi" - "Turan" qarşılaşmasında isə Ceyhun Haşımov fit çalacaq.
Nəhayət, son oyun günündə keçiriləcək "Rəvan" - "İnter" görüşü Əliyar Ağayevə, "Sumqayıt Şəhər" – AZAL dueli isə Rauf Cabbarova həvalə olunub.
Premyer Liqa
11-ci tur
28 oktyabr (cümə)
Qarabağ - Bakı
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Vaqif Musayev, Elnur Muradov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Asif Namazov
Ağdam rayonu, Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00
Xəzər Lənkəran - Kəpəz
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Habil Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Lənkəran. Mərkəzi stadion. Saat 18:00
29 oktyabr (şənbə)
Qəbələ - Simurq
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ. Şəhər stadionu. Saat 15:00
Neftçi - Turan
Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Rüfət Hüseynov
Bakı. "Dalğa Arena" stadionu. Saat 15:00.
30 oktyabr (bazar)
Sumqayıt Şəhər - AZAL
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00
Rəvan - İnter
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Nüvər Xasıyev
Bakı. "Dalğa Arena" stadionu. Saat 16:30
