28 oktyabr 2011 00:08

Premyer Liqada ilk dövrənin yekun turu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, növbəti turun oyunları yenə 3 günə keçiriləcək.
 
Turun açılış matçı Ağdamda keçiriləcək. Bir neçə tur idi rəqiblərini Bakıda qəbul edən "Qarabağ" "Bakı" ilə münasibətlərinə Quzanlıda aydınlıq gətirəcək. Məlum olduğu kimi, artıq bir neçə turdu məğlubiyyət tanımayan paytaxt təmsilçisi özünə gəlməyə başlayıb. Aleksandr Starkovun komandası son turda lider “Xəzər Lənkəran” üzərində qələbəni son anda əldən verdi. Lakin “zolaqlılar”ın sərgilədiyi oyun daha çox diqqət çəkmişdi.
 
Yeri gəlmişkən qeyd edək ki, “Bakı”nın son oyunundan təxminən 1 həftəyə yaxın vaxt keçsə də, “Qarabağ” həftəiçi də oyun keçirdi. Özü də “Neftçi” ilə oyunda 2 qolla öndə olduğu halda, sonradan 3 top buraxaraq məğlub olan ağdamlıların düşərgəsində yorğunluqla yanaşı əhval-ruhiyyə də qaydasında deyil. Qurban Qurbanovun komandası üçün yeganə üstünlük bu görüşün doğma azarkeşlərinin gözü qarşısında keçirilməsidi.

Daim çəkişməli mücadilələrlə yadda qalan “Qarabağ” – “Bakı” qarşıdurmasının startından 15 il ötdüyünü də vurğulayaq. İlk dəfə “Qarabağ” o vaxtlar “Dinamo” adlanan komandayla 1996-ci ildə üz-üzə gəlib. Geridə qalan müddətdə tərəflərin ümumilikdə 38 görüşü baş tutub. Bu oyunların 4-ü kubok çərçivəsində baş tutub. Maraqlıdı ki, qarşıdurmanın tarixçəsində demək olarki bütün rəqəmlər eynidi. Belə ki, Quzanlı qəsəbə stadionunda baş tutacaq 39-cu matçadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 12 görüşdə isə meydanda sülh qeydə alınıb. Qolların sayında da inanılmaz yaxınlıq var. İndiyə kimi 43 dəfə “Bakı”nı məyus edən ağdamlılar 42 topu da öz qapısından çıxarmağa məcbur olublar.
 
İlk oyun gününün digər matçında “Xəzər Lənkəran” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Geridə qalan tur hər iki komanda üçün heç-heçə ilə yadda qaldı. “Xəzər Lənkəran” səfərdə “Bakı” ilə qarşılaşdığı oyunda ilk hissədə bir top üstün olsa da, nəticədə oyun 2:2 hesabı ilə başa çatdı. Bu, komanda üçün mövsümdə ikinci heç-heçə oldu. “Kəpəz” isə ötən həftə öz meydanında “Neftçi”ni qəbul edirdi. Gəncə komandası da həmin qarşılaşmada fasiləyə üstün yollansa da, nəticədə bir xal əldə etdi – 1:1. Bu oyun “Xəzər Lənkəran” üçün mövsümdə altıncı ev qarşılaşmasıdı. Bundan əvvəl Lənkəranda keçirilmiş beş matçın hamısında bu komanda qalib gəlib. Mirça Rednikin yetirmələri bu oyunlarda 9 dəfə fərqlənib, buraxılan qolların sayı isə 3-dü. “Kəpəz” üçün də növbəti səfər mövsümdə sayca altıncıdı. Gəncə klubu bu görüşlərin birindən qalib ayrılıb, bir dəfə heç-heçə oynayıb, üç dəfə də məğlub olub. Komanda bu oyunlarda buraxdığı 9 qol müqabilində rəqib qapısında 6 top keçirib.

Bu komandalar arasında oyunu çempionatın ən çox qol vuran komandalarının qarşılaşması adlandırmaq olar. “Xəzər Lənkəran” hazırda vurulan qollar qrafasında 16 topla yarışın ən məhsuldar komandasıdı. “Kəpəz” isə cari çempionatda 15 qol vurub ki, bu göstəriciyə görə “Neftçi” ilə ikinci-üçüncü pillələri bölüşür. “Kəpəz” həmçinin hazırda çempionatda ən çox qol buraxmış komandadı – 16 qol. “Xəzər Lənkəran” isə bu mövsüm cəmi 7 qol buraxıb və komanda bu nəticəyə görə ancaq qapısında 6 qol görmüş “İnter”dən geri qalır.
 
İkinci oyun günündə "Qəbələ" "Simurq"u, "Neftçi" "Turan"ı qəbul edəcək. Hər iki görüşdə iddialıların asan qələbə qazanacağını düşünmək olar. Hər halda nə “Turan”, nə də “Simurq” son dövrlər uğurlu çıxışıyla diqqət çəkmir. Düzdü, Tovuz təmsilçisi son turda qələbə qazandı. Amma bu, çempionatın aşkar autsayderi “Sumqayıt Şəhər”lə ev oyununda qeydə alınıb. “Neftçi” isə son ölkə çempionudu və “Qarabağ”a 2 qol buraxdıqdan sonra qələbə qazanan komandanın “Turan”la matçda büdrəməsi inandırıcı görünmür. Baxmayaraq ki, “Turan”la “Neftçi” arasında tarixi rəqabət mövcuddu. Elə “Simurq” da son dövrlər sadəcə, rəqiblərinə ciddi müqavimət göstərməsi ilə yadda qalır və bunu nəticədə əks etdirə bilmir. Toni Adamsın komandası ilə qarşılaşmada Sergey Yuranın yetirmələri maksimum 1 xala ümid edə bilərlər. Baxmayaraq ki, mümkün qədər üst pillələrə çıxmağı hədəfləyən “Qəbələ”nin bu ev oyununda xal itirməyi planlaşdırmadığı dəqiqdi.

Nəhayət, son oyun günündə son turların qəhrəmanları - "Rəvan"la "İnter" üz-üzə gələcək. Məlum olduğu kimi, “Rəvan” yeni baş məşqçisi Vladislav Qədirovun gəlişindən bəri məğlubiyyət tanımır. Paytaxt təmsilçisi keçirdiyi son 4 görüşdən yalnız birində (Qarabağ) heç-heçə etdiyi halda, digərlərini qələbə ilə başa vurub. Özü də bu qələbələrdən biri “Qəbələ”, digəri də AZAL-la səfər matçında qeydə alınıb. “İnter” isə son üç turda “Xəzər Lənkəran”, “Neftçi” üzərində qələbələr və “Qəbələ” ilə son oyundakı heç-heçə ilə diqqətləri özünə çəkdi. Hər halda ikisi də yüksəlişdə olan paytaxt klublarının derbisi çox maraqla gözlənilir.
 
Son oyun gününün digər matçı isə çempionatın aşkar autsayderi "Sumqayıt Şəhər"lə AZAL arasında baş tutacaq. “Təyyarəçilər” son dövrlər qələbə üzünə həsrətdi. Xüsusilə, son turda “Rəvan”a ev məğlubiyyətindən sonra komandada əhval-ruhiyyə yaxşı deyil. Elxan Abdullayevin komandası uğursuzluq zolağından bu oyunda çıxmağı hədəfləyib. Həftəiçi ölkə kuboku çərçivəsində keçirilən “Lokomotiv”lə oyunda ilk rəsmi qələbəsini qazanan Bernard Raabın komandası da bu uğurun davamını gətirməyə çalışacaq. Qarşılaşmanın doğma meydanda keçirilməsi sumqayıtlılar üçün müəyyən üstünlük sayıla bilər.

Qeyd edək ki, 11-ci tur Premyer Liqanın təsnifat mərhələsində birinci dövrənin qapanış turudu. Bu oyunlarla birinci dövrəyə yekun vurulmuş olacaq.

Premyer Liqa
11-ci tur
28 oktyabr (cümə)
 
Qarabağ - Bakı
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Vaqif Musayev, Elnur Muradov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Asif Namazov.
Ağdam. Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00.
 
Xəzər Lənkəran - Kəpəz
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Habil Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Lənkəran. Mərkəzi stadion. Saat 18:00.

29 oktyabr (şənbə)

Qəbələ - Simurq
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
 
Neftçi - Turan
Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. "Dalğa Arena" stadionu. Saat 15:00.
 
30 oktyabr (bazar)
 
Sumqayıt Şəhər - AZAL
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
 
Rəvan - İnter
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Dalğa Arena" stadionu. Saat 16:30.
 
 
1
Xəzər Lənkəran
10
7
2
1
16-7
23
2
Neftçi
10
6
1
3
15-9
19
3
İnter
10
5
3
2
8-6
18
4
Qarabağ
10
5
2
3
13-9
17
5
Bakı
10
4
4
2
11-8
16
6
Qəbələ
10
4
3
3
12-11
15
7
Rəvan
10
3
4
3
13-13
13
8
Kəpəz
10
3
3
4
15-16
12
9
Turan
10
3
1
6
8-13
10
10
AZAL
10
2
4
4
11-14
10
11
Simurq
10
2
2
5
7-12
8
12
Sumqayıt Şəhər
10
0
3
7
3-14
3
 
Bombardirlər:
 
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.