28 oktyabr 2011 19:57

XL-dan növbəti qələbə, Qarabağ Bakını yenib 2-ci oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
 
Turun açılış matçı Ağdamda keçirilib. Burda "Qarabağ" "Bakı" ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi çətin qələbəyə sevinib. İlk oyun gününün digər matçında “Xəzər Lənkəran” doğma meydanda “Kəpəz”i qəbul edib. Mirça Rednikin komandası növbəti qələbəsini qazanaraq, zirvədəki mövqeyini daha da möhkəmləndirib.
 
Premyer Liqa
11-ci tur
28 oktyabr (cümə)
 
Xəzər Lənkəran - Kəpəz - 1:0 (1:0)
Qol: D.Rusiç, 34 (1:0).
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Habil Əliyev, Vüsal Əliyev.
Lənkəran. Mərkəzi stadion.
 
Bu oyunun təxirə salınması ehtimalı olsa da, son anda baş tutdu
Qarşılaşmadan öncə Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Oyun başladı
1. Bu günlərdə kapitan sarğısından məhrum edilən Kamran Ağayev start heyətində yer alıb
1. Adrian Pitin zərbəsini rəqib qapıçı tutur
5. Qazonun vəziyyəti hərdən artıq pis vəziyyətdədi və qarşılaşma davam etdikcə meydançanın əksər yerlərinin su içində olduğu aşkar hiss olunur. Bu da təbii ki, oyunun gedişinə və sürətinə təsirsiz ötüşmür
7. Oyun tam olaraq meydanın mərkəzində davam edir və təhlükəli hücm qurmaq mümkün deyil
8. Meydan sahiblərinin hücumunu Subaşiç qeyri-dəqiq zərbə ilə tamamlayır
10. İlk dəqiqələrdən ərazi üstünlüyü lənkəranlıların əlindədi
14. Fomenko sol cinahla sürətlə irəliləyib, təhlükəli hücum təşkil etsə də, qapıya zərbəsi dəqiq alınmır
15. Cənubluların ilk künc zərbəsi zamanı Subaşiç hesabı açmaq imkanını əldən verir
18. Keçmiş komandasına qarşı oynayan Ceyhun Sultanovun cərimə zərbəsini Kamran Ağayev zərərsizləşdirir
22. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı Kolesnikov qonaqları qoldan xilas edir
23. Korner isə cənublulara sevinc bəxş etmir
27. Daha bir künc zərbəsi... Pitin cərimə meydançasına göndərdiyi topu qonaq müdafiəçilər uzaqlaşdırırlar
29. Subaşiçin qapıya zərbəsi hədəfdən azacıq aralı keçir
30. Qonaqların künc zərbəsindən fərqlənmək istəyi alınmır
31. Meydan sahiblərinin hesabı açmasına yenə qapıçı mane oldu
32. Antonio Semedonun qapıçının başı üzərindən topu tora göndərmək istəyi alınmır
34. Eder Bonfimin sağ cinahdan asmasını Deyan Rusiç qolla tamamlayır - 1:0
40. XL qoldan sonra da oyuna nəzarəti əlində saxlayır
43. Pitin cərimə zərbəsi qapının üstündən keçir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Maraqlıdı ki, ilk yarıda hər iki komandanın futbolçularının formaları tanınmaz hala düşmüşdü. XL fasilədən sonra yenə ağ, lakin yeni formayla meydana çıxıb. "Kəpəz" isə ilk yarıda sarı formayla çıxış etdiyi halda, ikinci hissədə göy formayla mübarizə aparır
50. C.Sultanov əla ötürmə ilə Sabir Allahquliyevi Kamranla üz-üzə qoysa da, qonaqların hücumçusu qapıçıyla dueldən məğlub ayrılır
53. Cənubluların təhlükəli əks-hücumu zamanı Subaşiçin həlledici zərbəsi qeyri-dəqiq alınır
56. Anton Qay sarı vərəqə ilə cəzalanır
59. Kolesnikov gəncəliləri növbəti qoldan xilas edir
60. Subaşiç 4-5 metrdən qapıya dəqiq zərbə endirə bilmir: məhz qazonun ideal vəziyyətdə olmaması səbəbindən
62. "Kəpəz"də S.Allahquliyevi Junivan Suares əvəzləyir
65. "Kəpəz" demək olar ki, rəqib müdafiəsini yarmaqda, hücum qurmaqda heç də istəyinə çata bilmir
67. J.Suares meydana çıxandan sonra ilk olaraq sarı vərəqə almasıyla diqqət mərkəzinə düşür
71. XL-dan Rusiçin əvəzində meydana Emeka Opara çıxır
76. Meydan sahibləri korner zamanı az qala ikinci qolu vuracaqdı. Onlara azacıq dəqiqlik çatışmadı
78. Qonaqların təhlükəli hücumu zamanı Parxaçov qapıya doğru qeyri-dəqiq zərbə endirir
82. Oparanın uzaqdan zərbəsini qapıçı geri qaytara bilir
85. Mario Rosasın əvəzində meydana Julius Vobay çıxır
87. Qonaqların heyətində Parxaçovu Zaur Əsədov əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Semedonun əvəzində meydana Elnur Abdullayev çıxır
Matç başa çatdı
 
 
Qarabağ - Bakı - 2:1 (1:1)
Qollar: A.Teli, 7 (1:0), M.Verpakovski, 37 (1:1), R.Sadiqov, 48 (2:1).
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Vaqif Musayev, Elnur Muradov.
Ağdam. Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu.
 
Qarşılaşmadan öncə Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Oyun başladı
3. "Qarabağ" oyuna daha fəal başlayıb
4. İlk hücum meydan sahiblərindən gəlir. Qara Qarayevin zərbəsi qapının üstündən keçir
7. Ağdamlıların təzyiqi erkən qol gətirir. İlk künc zərbəsi zamanı Roşanın ötürməsini çıxışda səhvə yola verən Şarliya ilə mübarizədən qalib ayrılmış Teli başla tora qovuşdurur - 1:0
12. "Qarabağ" qoldan sonra da təzyiqlərini davam etdirir
15. Vilson Juniorun uzaqdan zərbəsi qapıdan aralı keçir
22. Vüqar Nadirov komandasının ikinci qolunu vurmaq şansına malik olsa da, bundan yararlana bilmir
25. "Bakı" oyunu bərabərləşdirməyə və hücum qurmağa çalışır
28. Verpakovski Qarayevə qarşı kobud oyuna görə sarı vərəqə alır
37. Ağdamlıların müdafiəsində kobud səhvə yol verilir və boşda qalan Verpakovski hesabı bərabərləşdirir - 1:1
45. "Qarabağ"ın iki ardıcıl künc zərbəsindən fərqlənmək istəyi baş tutmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. R.Sadiqov Roşanın ötürməsini iti bucaq altından dəqiq zərbəylə tora qovuşdurur - 2:1
50. "Qarabağ" oyuna nəzarəti əlində saxlamaqdadı.
54. Sadiqovun möhtəşəm zərbəsi tirdən döndü
59. Verpakovski yerini Deyvidas Çesnauskisə verir
61. Nadirovun uzaqdan zərbəsi qapıdan aralı keçir
62. V.Nadirovu Georgi Adamiya əvəzləyir
63. Vilson Juniorun zərbəsi tirdən dönür
68. Maksim Medvedev sarı vərəqə alı
69. Roşanın əvəzində Rauf Əliyev meydana çıxır
76. Elvin Məmmədovun əvəzində Nicat Abdullayev meydana çıxır
83. Karqbonun əvəzində meydana Aleksey Savinov çıxır
85. Vadim Boret sarı vərəqə ilə cəzalanır
86. Əfran İsmayılovun əvəzində meydana Bəxtiyar Soltanov daxil olur
88. Əziz Quliyev də əllə oynadığına görə sarı vərəqə alır
89. R.Sadıqov da vaxtı uzatdığı üçün sarı vərəqə alanların sırasına qoşulur
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Rauf hətta qapıçını da keçməsinə rəğmən, qol vura bilmir
90+3. Rəşad Sadiqov da real qol şansını əldən verdi
Matç başa çatdı
 

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək: 29 oktyabr - Qəbələ - Simurq, Neftçi – Turan; 30 oktyabr - Sumqayıt Şəhər – AZAL, Rəvan - İnter.
 
 
1
Xəzər Lənkəran
11
8
2
1
17-7
26
2
Qarabağ
11
6
2
3
15-10
20
3
Neftçi
10
6
1
3
15-9
19
4
İnter
10
5
3
2
8-6
18
5
Bakı
11
4
4
3
12-10
16
6
Qəbələ
10
4
3
3
12-11
15
7
Rəvan
10
3
4
3
13-13
13
8
Kəpəz
11
3
3
5
15-17
12
9
Turan
10
3
1
6
8-13
10
10
AZAL
10
2
4
4
11-14
10
11
Simurq
10
2
2
5
7-12
8
12
Sumqayıt Şəhər
10
0
3
7
3-14
3
 
Bombardirlər:
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.