29 oktyabr 2011 16:54
Neftçi sonda sevindi, Qəbələ Simurqa evdə uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma baş tutub.
"Qəbələ" "Simurq"u, "Neftçi" "Turan"ı qəbul edib. Hər iki görüşdə iddialıların asan qələbə qazanacağını düşünmək olardı. Hər halda nə “Turan”, nə də “Simurq” son dövrlər uğurlu çıxışıyla diqqət çəkirdi. Lakin Tovuz təmsilçisi yalnız son saniyələrdə buraxdığı qolla uduzdu. Zaqatala klubu isə səfərdə "Qəbələ" üzərində sensasion qələbəyə sevinib.
Premyer Liqa
11-ci tur
29 oktyabr (şənbə)
Qəbələ - Simurq - 0:2 (0:1)
Qollar: Yevgeni Şmakov, 41 (0:1), Robertas Poşkus, 59 (0:2)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov.
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
"Simurq"un qapısına cərimə zərbəsi təyin olunur. Mahir Şükürovun təhlükəli zərbəsini qapıçı tutur
"Simurq"un kornerdən fərqlənmək istəyi baş tutmur
Dodonun qonaqların qapısına zərbəsinin qarşısını müdafiəçilər alır
Doroşev qonaqların hücumçusu Poşkusun fərqlənməsinə imkan vermir
Genovun zərbəsindən sonra top Doroşevə qismət olur
Yevgeni Şmakov meydan sahiblərini şoka salır - 0:1
Tofiq Mikayılovu Qərib İbrahimov əvəzləir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Rasim Ramaldanov sarı vərəqə ilə cəzalanır
Şükürovun əla zərbəsini Adnan Hodziç eyni gözəlliklə dəf edir
"Simurq" inanılmaz epizodu dəyərləndirə bilmir
Toni Adams eyni vaxtda iki əvəzləmə ilə hücumu gücləndirir
Şmakov özünün və komandasının ikinci qolunu vurmağa yaxın olsa da, zərbəsi dəqiq alınmır
Viktor Mendi sarı vərəqə alır
Stiv Olfersi Aleksandr Çertoqanov əvəzləyir
Robertas Poşkus meydan sahiblərinin qapısına ikinci qolu vurur - 0:2
Barton topu düz rəqib qapıçının üstünə vurur
Sergey Yuran nədənsə narazıdı və sarı vərəqə alır
Poşkusu Kristap Qrebis əvəzləyir
Matç başa çatdı
Neftçi - Turan - 1:0 (0:0)
Qol: B.Nasimov, 90.
Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev.
Bakı. "Dalğa Arena" stadionu.
Oyun başladı
"Neftçi" ilk dəqiqələrdən üstünlüyü ələ alıb
4. Bahodir Nasimova qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusu və cərimə zərbəsi...amma meydan sahibləri bundan yaxşı yararlanmır
10. Cavid Hüseynov hesabı açsa da, hakimlər ofsayd qərarı verir
20. "Neftçi"nin hücumları davam etsə də, hələ qonaqların qapısı qarşısında ciddi təhlükə yarada bilməyib
25. Meydan sahiblərinin çox təhlükəli hücumunun qarşısı alınır
25. "Turan"ın oyunçusu Məhərrəm Müslümzadə sarı vərəqə alır
32. Flavinyoya qarşı növbəti kobud oyun və cərimə zərbəsi...Rəşad Abdullayevin zərbəsini Anar Nəzirov kornerə çıxarır
35. Qonaqların hücumçusu Artyuxun baş zərbəsi qapının üstündən keçir
39. Azər Məmmədov da sarı vərəqə alır
40. Qoqoberişvili cərimə meydançasında əllə oynadığı üçün qonaların qapısına penalti təyin olunur
42. Flavinyo penaltini boşa verir. Onun zərbəsi qapının üstündən keçir
45+1. Flavinyo daha bir əla qol epizodunu əldən verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Cavid Hüseynovun əvəzində meydana Cavid İmamverdiyev çıxır
50. Meydan sahiblərinin yerinə yetirdiyi cərimə zərbəsi zamanı top qapıçını da keçdi, amma son anda Ramal mərmini qapı xəttindən çıxardı
52. Anar Nəzirov ardıcıl iki epizodda komandasını qoldan xilas edir
54. Denis Silvanın zərbəsini Nəzirov tutur
57. C.İmamverdiyevin zərbəsi qapının üstündən keçir
58. D.Silva da sarı vərəqə alan futbolçuların sırasına qoşulu
59. B.Nasimov sol cinahdan asma zamanı topu tora qovuşdurur. Baş hakim mərkəzi göstərsə də, yan xətt hakimi ilə məsləhətələşdikdən sonra qolu qeydə almır. Nasimov topu qoluyla tora göndərib
61. Flavinyo yaxın məsafədən qapıya düzgün zərbə endirə bilmir
64. Ayxan Abbasov da sarı vərəqə alır
65. Azrər Məmmədovu Akit Tağıyev əvəzləyir
65. Flavinyo yenə yaxın məsafədən topu qapının üstündən vurur
69. Rudison Fereyranın zərbəsini qapıçı turur
69. S.Georgiyevskini Emil Mpenza əvəzləyir
71. R.Fereyra sarı vərəqə alır.
71. R.Fereyra elə o dəqqədə Tuqay Hüseynli ilə əvəzlənir
73. Hafiz Əliyev sarı vərəqə alır və "Turan"ın qapısına təhlükəli nöqtədən cərimə zərbəsi təyin olunur
73. R.Abdullayevin zərbəsini Nəzirov tutur
77. Anar Nəzirov qapısını "Neftçi" üçün alınmaz qalaya çevirib
80. Flavinyo daha bir əlverişli vəziyyəti boşa verir
85. R.Abdullayevin zərbəsini Nəzirov tutur
87. Nasimov qapıçıyla mübarizədən məğlub ayrılır
89. Mpenzanın zərbəsi qapıdan aralı keçir
90. Künc zərbəsi zamanı Nasimov qarışıqlıqdan yararlanıb topu qapıdan keçirir - 1:0
90+4. Flavinyonun əvəzində meydana Fərid Quliyev çıxır
Matç başa çatdı
Qeyd edək ki, turun iki oyunu dünən keçirilmişdi: Qarabağ – Bakı - 2:1, Xəzər Lənkəran - Kəpəz - 1:0. Qalan iki matç isə sabah keçiriləcək: Sumqayıt Şəhər – AZAL, Rəvan – İnter.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
Qarabağ
|
11
|
6
|
2
|
3
|
15-10
|
20
|
|
4
|
İnter
|
10
|
5
|
3
|
2
|
8-6
|
18
|
|
5
|
Bakı
|
11
|
4
|
4
|
3
|
12-10
|
16
|
|
6
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
12-13
|
15
|
|
7
|
Rəvan
|
10
|
3
|
4
|
3
|
13-13
|
13
|
|
8
|
Kəpəz
|
11
|
3
|
3
|
5
|
15-17
|
12
|
|
9
|
Simurq
|
11
|
3
|
2
|
5
|
9-12
|
11
|
|
10
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
11
|
AZAL
|
10
|
2
|
4
|
4
|
11-14
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
10
|
0
|
3
|
7
|
3-14
|
3
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).
