30 oktyabr 2011 18:22
İnter Rəvanı yendi, SŞ ilk qələbəni AZAL-la oyunda qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma baş tutub.
Çempionatın aşkar autsayderi "Sumqayıt Şəhər" cari mövsümün əsas uğursuzlarından AZAL-ı qəbul edib. “Təyyarəçilər” son dövrlər qələbə üzünə həsrət idi. Xüsusilə, son turda “Rəvan”a ev məğlubiyyətindən sonra komandada əhval-ruhiyyə yaxşı deyildi. Hələ heç bir oyunda qələbə qazana bilməyən Sumqayıt təmsilçisi isə bu oyunda həmin həsrətinə son qoymaq istəyində idi. Bernard Raabın yetirmələri rəqibin böhranda olmasından lazımınca yararlandı və Premyer Liqada ilk - tarixi qələbəsini qazandıə
Bu gün həm də son turların qəhrəmanları - "Rəvan"la "İnter" üz-üzə gəldi. Məlum olduğu kimi, “Rəvan” yeni baş məşqçisi Vladislav Qədirovun gəlişindən bəri məğlubiyyət tanımırdı. Paytaxt təmsilçisi keçirdiyi son 4 görüşdən yalnız birində (Qarabağ) heç-heçə etdiyi halda, digərlərini qələbə ilə başa vurmuşdu. Bu dəfə isə, sözügedən komanda məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, 11-ci tur Premyer Liqanın təsnifat mərhələsində birinci dövrənin qapanış turuydu. Bu oyunlarla birinci dövrəyə yekun vuruldu.
Premyer Liqa
11-ci tur
30 oktyabr (bazar)
Rəvan - İnter - 1:2 (0:2)
Qollar: E.Abdulov, 13 (0:1), İ.Kandelaki, 44 (0:2), E.Hodziç, 90+1 (1:2)
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov.
Bakı. "Dalğa Arena" stadionu.
Oyun başladı
"İnter" ilk dəqiqələrdən fəaldı
6. Meydan sahiblərinin qapıçısı komandasını qoldan xilas edir
7. Hüseyn İsgəndərov sarı vərəqə alır
13. Elnur Abdulovun daha çox ötürmə məqsədilə qapı qarşısına göndərdiyi top qəribə trayektoriya ilə çərçivəyə daxil olur - 0:1
15. "Rəvan" qoldan sonra üstünlüyü ələ alıb və hesabı bərabərləşdirməyə çalışır
20. Meydan sahiblərinin kornerdən qol vurmaq istəyi alınmır
23. Reys Klaudiney rəqib qapısına yol tapsa da, hakim onun topu ələ keçirərkən əlini işlətdiyini bildirir və qolu hesaba almır. Halbuki, top bu futbolçunun üzünə dəyib qarşısına düşmüşdü
24. Asif Məmmədovun zərbəsi tirdən qayıdır
30. Meydanda artıq açıq oyun gedir və tərəflərin hücumları bir-birini əvəzləyir
32. Meydan sahibləri daha bir uğursuz korner yerinə yetirirlər
33. Hodziçin qüvvətli cərimə zərbəsini son anda omaya əla reaksiya ilə dəf edir
40. "İnter" artıq əks-hücum taktikası seçdiyindən "Rəvan"ın qol vurmaq işi çətinləşib
44. Elnur Abdulovun başla ötürdüyü topu İlia Kandelaki qolla tamamlayır - 0:2
45. Birinci hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Meydan sahiblərinin cərimə zərbəsi zamanı Hodziçin başla vurduğu top az qala qapıdan keçəcəkdi. Ona azacıq dəqiqlik çatışmır
50. "Rəvan" hesabı bərabərləşdirməyə çalışsa da, qonaqların müdafiə xətti onlara təhlükəli hücumlar qurmağa imkan vermir
54. Samuel Barlayın zərbəsi qapıdan aralı keçir
60. "İnter"də Asif Məmmədovu Nizami Hacıyev, "Rəvan"da isə Anxel Qutyerresi Ramazan Abbasov əvəzləyir
65. Qonaqlar artıq "Rəvan"ı topsuz saxlamağa çalışır
66. Klaudineyin uzaqdan zərbəsi qapıdan aralı keçir
68. Klaudineyin əvəzində meydana Sergey Çernışev daxil olur
71. Natiq Kərimini Tagim Novruzov əvəzləyir
75. Tagimin cərimə zərbəsi canlı səddən qayıdır
75. Baçana Tsxadadze əks-hücum zamanı boş qapını dəqiq nişan ala bilmir
76. Cəmi 1 dəqiqə sonra Baçana bu dəfə qapıçı ilə üz-üzə qaldığı halda yenə belə gözəl şansı boşa verir
78. "Rəvan"da sanki müdafiə yoxdu: Nizami Hacıyev qapıçı ilə üz-üzə qalır, zərbəsi qapı çatından qayıdır
78. B.Tsxadadze yerini Enyo Krastovçevə buraxır
85. E.Abdulov Bronislav Çervenka ilə əvəzlənir
88. A.Daşdəmirov cərimə meydançasında Hüseyn Axundovu kobudluqla dayandırı və penalti!
89. Con Pelu Lomaya ilə dueldən qalib ayrıla bilmir
90. Con Pelu Çernışevin ideal ötürməsindən sonra boş qapını nişan ala bilmir
90+1. Künc zərbəsi zamanı Hodziç başla topu qapıya göndərir - 1:2
Matç başa çatdı
Sumqayıt Şəhər - AZAL - 2:1 (2:0)
Qollar: Samir Abdulov, 5 (1:0), Eldar Məmmədov, 33 (2:0), Tales Şütz, 68 (2:1)
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, İsgəndər Əliyev, Alik Yunusov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Oyun başladı
Turnir cədvəlinin zirzəmisində qərarlaşan komandalar üçün bu qarşılaşmadakı qələbə çox vacibdi
AZAL qələbə qazansa 8-ci pilləyə çıxa bilər
Sumqayıt təmsilçisi isə ilk qələbəsini qazana bilər
Samir Abdulov qonaqların qapısına erkən qol vurur - 1:0
Hesabda geri düşməsinə baxmayaraq, AZAL yenə də hücumlara o qədər də meyl göstərmir
Qonaqlar getdikcə üstünlüyü ələ almağa başlasa da, ciddi heç bir təhlükə yarada bilməyiblər
Ruslan Tağızadə az qala ikinci qolu qonaqların qapısından keçirəcəkdi. Cahangir Həsənzadə topa toxunur və ardından qapı tiri AZAL-a kömək edir
Eldar Məmmədovun zərbəsi qarşısında isə Həsənzadə də acizdi - 2:0
İlk qolun ötürməsini Kamil Nurəhmədov etmişdisə, bu dəfə Samir Abdulov asistentlik edir. Bir sözə, onun hesabında artıq 1 qol, 1 məhsuldar ötürmə var
"Təyyarəçilər" nəhayət ki, yaxşı hücum təşkil edirlər, amma Popoviç İbekoyinin zərbəsi zamanı çərçivədə inamlı oynayır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Meydan sahiblərinin kiçik üstünlüyü var
Zohair Benuahi simulyasiyaya görə sarı vərəqə alır
Tales Şütz hesab arasındakı fərqi azaldır - 2:1
Artıq oyun daha maraqlı məcrada keçməyə başlayıb. Qonaqlar hesabı bərabərləşdirməyə çalışırlar
Meydan sahiblərinin qollarının müəllifləri - Abdulovla Məmmədov zədə səbəbindən əvəzlənir
Qonaqlar üstünlüyü əllərində saxlamağa davam edirlər
AZAL hesabı bərabərləşdirmək üçün çox çalışsa da, meydan sahiblərinin müdafiə xətti dəqiq oynayır
Matç başa çatdı
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Qarabağ – Bakı - 2:1, Xəzər Lənkəran - Kəpəz - 1:0, Qəbələ - Simurq - 0:2, Neftçi - Turan - 1:0.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
İnter
|
11
|
6
|
3
|
2
|
10-7
|
21
|
|
4
|
Qarabağ
|
11
|
6
|
2
|
3
|
15-10
|
20
|
|
5
|
Bakı
|
11
|
4
|
4
|
3
|
12-10
|
16
|
|
6
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
12-13
|
15
|
|
7
|
Rəvan
|
11
|
3
|
4
|
4
|
14-15
|
13
|
|
8
|
Kəpəz
|
11
|
3
|
3
|
5
|
15-17
|
12
|
|
9
|
Simurq
|
11
|
3
|
2
|
5
|
9-12
|
11
|
|
10
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
11
|
AZAL
|
11
|
2
|
4
|
5
|
12-16
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
11
|
1
|
3
|
7
|
5-15
|
6
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).
