27 oktyabr 2011 11:41
Həmyerlimiz İtaliya klublarının oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin D qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.
İtaliyanın Padova şəhərində təşkil olunacaq bu qrupun oyunları noyabrın 17-dən 20-dək olan müddəti əhatə edəcək. Qrupda “Marka” (İtaliya), “Montesilvano” (İtaliya), “Slov-Matik” (Slovakiya) və “Uraqan” (Ukrayna) klubları mübarizə aparacaq.
