27 oktyabr 2011 12:03
Yığmamız üçün qisas anı
Ukraynada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamızını rəqibi yenə “Şaxtyor” (Donetsk) klubunun U-16 komandası olacaq.
Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Qeyd edək ki, komandamız bir neçə gün öncə bu komanda ilə üz-üzə gəlmiş və 0:2 hesabıyla məğlub olmuşdu.
