28 oktyabr 2011 00:12

“Qolu toy-bayram edən futbolçulardan deyiləm”

Peşəkar Futbol Liqasının Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin idman jurnalistləri arasında apardığı sorğunun nəticəsinə əsasən “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevin sentyabr ayının ən yaxşı futbolçusu seçildiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, tədbirdə Rəşad Abdullayev media nümayəndələrinin suallarını cavablandırıb:
 
“Mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Mən hər oyuna çıxanda komandam üçün faydalı olmağa çalışıram. Milli komandaya da çağırılsam, canla-başla millinin şərəfini qorumağa hazıram. Bundan əvvəl Berti Foqts məni milliyə çağıranda zədəm tam sağalmamışdı və mən Foqtsa zədəmin tam sağalmadığını söyədim, o da məni başa düşdü. Ancaq yenidən milli komandaya çağırılsam, böyük məmnuniyyətlə oynayaram”.
 
“Hər komandanın özünün daxili nizam-intizam qaydası var. İntizamı pozan futbolçular isə cəzalandırılmalıdı. Elmar Baxşiyevin əvəzedici heyətə göndərilməsi nizam-intizam qaydaları baxımından edilmişdi. Bu da bizim komandada nizam-intizam qaydalarına ciddi əməl olunduğunu göstərir”.
 
“Uşaqlıqdan uzaqdan zərbələr vurmağa meyilliyəm. Məşqçilər də mənə deyir ki, zərbələrin güclüdü, uzaqdan zərbələr endir. Mən də uzaqdan dəqiq zərbələr endirməyə çalışıram və bunlardan da bəziləri qol olur. Hər oyunçunun bir özəlliyi var. Məndə də yəqin ki, bu, Allah vergisidi”.
 
“Qolu toy-bayram edən futbolçulardan deyiləm. Xasiyyətim belədi. Oyundan qabaq bəzi söz-söhbətlər eşidirəm. Bəzi qolları həmin insanlara özümü sübut etmək üçün vururam. Ona görə də vurduğum qolu sakit qeyd edirəm. İçimdən gələndə isə qolu sevinərək də qeyd edirəm”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.