28 oktyabr 2011 00:23
Təbriz Həsənov: İmkanlarımızdan aşağı səviyyədə oynadıq
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Belçika – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, minimal hesabla uduzduğumuz oyundan sonra bunları dilə gətirib:
“Komandamızın oyunu məni qane etmədi. İmkanlarımızdan aşağı səviyyədə oynadıq. Meydanda lazımi qədər hərəkətli deyildik. Bununla belə, penalti zərbəsi ilə hesabı bərabərləşdirmək şansı qazandıq. Təəssüf ki, bu imkandan yararlana bilmədik. Qrupdakı müqəddəratımıza Ukrayna yığması ilə oyunda aydınlıq gələcək”.
