27 oktyabr 2011 12:45
Yığmamız Gürcüstanla yoldaşlıq oyunu keçirəcək
Noyabrın 4-dən 10-a qədər Gürcüstanın paytaxtı Tbilisidə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Gürcüstanın U-15 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qasımov Ağaseyid – «İnter»
Aleksey Dedyukin – «Qəbələ»
Mustafazadə Bəhlul – «Qəbələ»
Hüseynov Məhəmməd – «Qəbələ»
Hüseynov Roman – «Qəbələ»
Əsədli Fərid – «Qəbələ»
Mehrəlizadə Orxan – «Qəbələ»
Əliyev Əli – «Xəzər Lənkəran»
Cəfərov Elnur – «Xəzər Lənkəran»
Həsənov Anar – «Rəvan»
Məmmədli Əlibəy – «Rəvan»
Nəcəfzadə Kamran – «Neftçi»
Məmmədov Elməddin – «Neftçi»
Zeynalov Zeynal – «Neftçi»
Mədətov Mahir – «Bakı»
Ağaverdiyev Renat – «Lokomotiv» (Bakı)
Cəbrayılov Şahban – «Anji» (Rusiya)
Məmmədli Habil – klubsuz
