27 oktyabr 2011 13:10
Qarabağ – Bakı: Hərəyə 13 qələbə, 12 heç-heçə
Sabah Premyer Liqanın ilk dövrəsinin son turunda “Qarabağ” “Bakı”nı qəbul edəcək. Azerisport.az xəbər verir ki, daim çəkişməli mücadilələrlə yadda qalan qarşıdurmanın startından 15 il ötür.
İlk dəfə “Qarabağ” o vaxtlar “Dinamo” adlanan komandayla 1996-ci ildə üz-üzə gəlib. Geridə qalan müddətdə tərəflərin ümumilikdə 38 görüşü baş tutub. Bu oyunların 4-ü kubok çərçivəsində baş tutub. Maraqlıdı ki, qarşıdurmanın tarixçəsində demək olarki bütün rəqəmlər eynidi. Belə ki, Quzanlı qəsəbə stadionunda baş tutacaq 39-cu matçadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 12 görüşdə isə meydanda sülh qeydə alınıb. Qolların sayında da inanılmaz yaxınlıq var. İndiyə kimi 43 dəfə “Bakı”nı məyus edən ağdamlılar 42 topu da öz qapısından çıxarmağa məcbur olub.
Ötən mövsüm tərəflərin qarşıdurmasında balans pozulmayıb. Oktyabrın 20-də Tofiq Bəhramov adına stadionda ev komandası statusunda çıxış edən “Qarabağ” Adamiyanın dublu sayəsində 2:0 qələbə qazanıb. Noyabrın 13-də isə Ağdam təmsilçisi bu dəfə eyni məkanda qonaq kimi eyni hesabla məğlub olub. Tərəflərin final mərhələsindəki oyunlarında isə qələbə qazanan olmayıb. Bu ilin aprelin 14-də mərkəzi arenada qol səsi çıxmayıb. Mayın 1-də isə Suraxanıda qollu heç-heçə qeydə alınıb – 2:2.
Bütün “Qarabağ” – “Bakı” duelləri
ç 1996 - 97 1:1
ç 1996 - 97 6:1
ç 1997 - 98 0:1
ç 1997 - 98 0:3
ç 1998 - 99 0:2
ç 1998 - 99 2:1
ç 1998 - 99 0:0
ç 1998 - 99 3:0
ç 1999 - 00 0:1
ç 1999 – 00 0:0
ç 2000 - 01 0:1
ç 2000 - 01 4:2
ç 2001 - 02 1:0
ç 2001 - 02 3:0
ç 2003 - 04 2:1
ç 2003 - 04 0:1
ç 2004 - 05 2:0
ç 2004 - 05 1:1
k 2005 - 06 3:2
ç 2005 - 06 2:4
k 2005 - 06 0:0
ç 2005 - 06 1:2
ç 2006 - 07 0:0
ç 2006 - 07 1:1
ç 2007 - 08 1:1
ç 2007 - 08 0:0
ç 2008 - 09 0:2
ç 2008 - 09 0:2
k 2008 – 09 2:1
k 2008 – 09 2:1
ç 2009 - 10 1:0
ç 2009 - 10 0:0
ç 2009 – 10 0:2 Final Mərhələsi
ç 2009 – 10 1:4 Final Mərhələsi
ç 2010 - 11 2:0
ç 2010 - 11 0:2
ç 2010 - 11 0:0 Final mərhələsi
ç 2010 - 11 2:2 Final mərhələsi
“Qarabağ”ın mətbuat xidməti
