28 oktyabr 2011 13:51
Yığma komandamızın heyətində dəyişiklik edildi
Noyabrın 4-dən 10-a qədər Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Habil Məmmədlinin əvəzinə təlim-məşq toplanışına “İnter”in üzvü Natiq Peyman dəvət olunub. Lakin Məmmədlinin hansı səbəbdən toplanışa qatılmayacağı barədə heç bir məlumat verilmir.
