28 oktyabr 2011 14:01
Böyükağa Hacıyev: Turanla oyuna ancaq qələbə üçün çıxacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 11-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi”ylə “Turan” arasındakı oyunlar həmişə gərgin keçir. Bizə “Qarabağ” üzərindəki qələbədən sonra arxayınlaşmaq olmaz. Meydana ancaq qələbə üçün çıxacağıq. Əgər mövsümü uğurla başa vurmaq istəyiriksə, maksimum nəticə üçün çalışmalıyıq. Rəqibin heyətində təcrübəli futbolçular var ki, bizə problem yarada bilərlər. İstənilən halda mən öz yetirmələrimə inanıram və ümid edirəm ki, qələbə seriyamızı davam etdirəcəyik”.